Icma.az
close
up
RU
Ursula Fon der Lyayen: Enerji çağırışlarına kollektiv cavab verilməlidir

Ursula Fon der Lyayen: Enerji çağırışlarına kollektiv cavab verilməlidir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 24 aprel, AZƏRTAC

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Londonda keçirilən “Enerji təhlükəsizliyinin gələcəyi” sammitində çıxışı zamanı qlobal enerji çağırışlarının yalnız kollektiv yanaşma ilə həll oluna biləcəyini söyləyib.

AZƏRTAC xəbər verir ki, Ursula Fon der Lyayen çıxışında enerji dəyər zəncirinin bütün mərhələləri üzrə daha sıx əməkdaşlığa ehtiyac duyulduğunu deyib. Avropa Komissiyasının Prezidenti enerji təhlükəsizliyinin təmin edilməsi üçün əməkdaşlığın gücləndirilməsinə yönəlik beş əsas addımı təqdim edib və prosesin uğuru üçün aydın istiqamət və siyasi iradə lazım olduğunu söyləyib.

O, enerji infrastrukturuna qarşı yönəlmiş təhdidlərə də toxunub. Qeyd edib ki, Avropa öz infrastrukturuna qarşı hücumlara dair təcrübəsini bölüşməyə və Birləşmiş Krallıqla birgə hərəkət etməyə hazırdır.

“Biz enerji şəbəkələri, kabel xətləri və interkonnektorlar qurmalı, eyni zamanda, bu infrastrukturu həm kiber, həm də fiziki hücumlardan qorumalıyıq. Bu məsələdə NATO ilə əməkdaşlıq imkanlarımızdan istifadə etməliyik”, - deyə Ursula Fon der Lyayen vurğulayıb.

Britaniyanın Baş naziri Kir Starmer isə sammitdə çıxışında qlobal yaşıl enerji ittifaqı çərçivəsində təmiz enerji təchizat zəncirlərinin şaxələndirilməsi və qarşısındakı maneələrin aradan qaldırılmasının prioritet məsələ olduğunu deyib. O, bu məqsədlərə çatmaq üçün siyasi liderliyin və iradənin vacibliyini vurğulayıb. Çıxışı zamanı Baş nazir Böyük Britaniya ilə Avropa İttifaqı arasında enerji interkonnektorlarının və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair planları da açıqlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:323
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri