Uruqvaylı gənc diplomatlar ADA Universitetində təşkil olunan kurslarda iştirak edəcəklər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 21 may, AZƏRTAC
ADA Universiteti və Uruqvay Şərq Respublikasındakı (UŞR) diplomatik nümayəndəliyin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəmzi Teymurovun və Uruqvay Şərq Respublikasının Xarici Əlaqələr Nazirliyinin baş katibi Andres Pelaesin iştirakı ilə ADA Universiteti və UŞR Xarici Əlaqələr Nazirliyinin diplomatik akademiyası Artigas Xarici Xidmət İnstitutu arasında “Diplomatik təlimə dair əməkdaşlıq haqqında anlaşma memorandumu” imzalanıb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, memorandum azərbaycanlı və uruqvaylı diplomatlar arasında təcrübə mübadiləsinin aparılması sahəsində əməkdaşlığa töhfə verəcək. Eyni zamanda, uruqvaylı gənc diplomatların ADA Universitetində təşkil olunan kurslarda iştirakı ölkəmizin UŞR-də tanıdılmasına müsbət təsir göstərəcək.
Qeyd etmək lazımdır ki, anlaşma memorandumu Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 21 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















