Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Uşağa ad qoyan valideynlərə xəbərdarlıq: Yanlış seçim ömürlük travmaya çevrilə bilər

Uşağa ad qoyan valideynlərə xəbərdarlıq: Yanlış seçim ömürlük travmaya çevrilə bilər

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda uşaqlara ad verilməsi məsələsi yenidən ictimai müzakirə mərkəzinə çevrilib. Bu dəfə mövzuya səbəb "Uşaq hüquqları haqqında" yeni qanundur. Qanunda uşağın fərdiliyinin qorunması xüsusi vurğulanır və bu fərdilik anlayışı onun adı, vətəndaşlığı, ailə əlaqələrini də əhatə edir. Qanuna əsasən, uşağa verilən ad Ailə Məcəlləsi çərçivəsində müəyyənləşdirilməlidir. Bu isə o deməkdir ki, ad seçimi tam sərbəst proses olmaqla yanaşı, müəyyən hüquqi qaydalarla da tənzimlənir.

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Milli kimlik zəifləyə bilər"

Bu müzakirələrdə Milli Məclisin komitə sədri Fazil Mustafanın mövqeyi xüsusilə diqqət çəkir. O hesab edir ki, ad seçimi yalnız fərdi seçim məsələsi kimi deyil, həm də milli-mənəvi məsuliyyət kimi dəyərləndirilməlidir. Onun fikrincə, uzun illərdir Azərbaycanda uşaqlara ərəb, fars, rus, ingilis və digər xarici mənşəli adların verilməsi geniş yayılıb, bu tendensiya artıq bir növ ənənəyə çevrilib. Lakin o düşünür ki, bu ənənə milli kimliyin zəifləməsinə gətirib çıxara bilər.

Deputatın yanaşmasına görə, ad sadəcə çağırış vasitəsi deyil, insanın mənsub olduğu xalqın dilini, tarixini və mədəniyyətini daşıyan simvoldur. Bu baxımdan, yeni nəsillərə verilən adlar milli köklərə bağlı olmalı, Azərbaycan dilinin fonetik və semantik xüsusiyyətlərini əks etdirməlidir. Onun fikrincə, əgər hər nəsil əvvəlkindən daha çox xarici mənşəli adlara üstünlük verərsə, zamanla milli ad bazası zəifləyə və hətta unudula bilər.

F.Mustafa xüsusilə vurğulayıb ki, bu məsələdə inzibati məhdudiyyətlərdən daha çox ictimai təsir mexanizmləri işlək olmalıdır. Yəni, dövlətin sərt qadağalar tətbiq etməsi yox, daha çox maarifləndirmə və nümunə göstərilməsi yolu ilə dəyişiklik əldə etmək mümkündür.

Ad sisteminə təsir edən əsas amillər

AMEA Dilçilik İnstitutunun baş direktoru, Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli bildirib ki, Azərbaycan şəxs adları tarix boyu müxtəlif ad sistemlərinin təsirinə məruz qalıb: "VII əsrdən etibarən ərəb, XI əsrdən isə fars ad sistemləri qədim türk antroponimiyasına ciddi təsir göstərib, lakin onu sıradan çıxarmayıb. XIX əsrdən başlayaraq isə adlarımız rus ad sisteminin təsiri ilə yeni mərhələyə daxil olub. Müasir ad sistemi Qərbi Avropa mənşəli adlarla da zəngindir. İstər ərəb, fars, istərsə də rus əsarəti dövründə antroponimlər müəyyən dəyişikliyə uğrasalar da, xalqımızın dil xüsusiyyətlərinə uyğunlaşıblar".

Alimin sözlərinə görə, ad insanı tanıdan, onu digər fərdlərdən fərqləndirən əsas vasitədir və insan həyatında ən çox eşidilən söz onun öz adıdır: " Advermənin prinsiplərini düzgün müəyyənləşdirmək üçün antroponimik vahidlərin milli-etnik funksiyası əsas olmalıdır. Ad verilərkən, ilk növbədə, məna və məzmun ön plana çəkilməli, daha çox estetik, üslubi cəhətə, advermə adət-ənənələrinə, leksik-semantik cəhətdən böyüklük, alilik, xoşbəxtlik, ucalıq, müdriklik, qəhrəmanlıq, gözəllik və s. anlayışlara diqqət yetirilməlidir".

Milli ad fondu qorunacaq

Şəxs Adları Komissiyasının gələcək fəaliyyətinə də toxunan həmsöhbətimiz bildirib ki, yaradılmış komissiyanın gələcək fəaliyyəti nəticəsində şəxs adlarının elmi əsaslarla sistemləşdirilməsi, onların düzgün yazılış və işlənmə normalarının müəyyənləşdirilməsi istiqamətində mühüm addımların atılması gözlənilir. Bu çərçivədə dilimizin daxili qanunauyğunluqlarına uyğun olmayan təsadüfi və süni adların qarşısının alınması əsas prioritetlərdən biri olacaq. Bununla yanaşı, milli ad fondunun qorunması və zənginləşdirilməsi, həmçinin unudulmuş və tarixi ənənəyə malik adların yenidən dövriyyəyə qaytarılması da Komissiyanın əsas fəaliyyət istiqamətləri sırasında yer alır.

Ən qiymətli və uzunömürlü "hədiyyə"

Sosioloq Üzeyir Şəfiyevin yanaşması isə məsələyə psixoloji və sosial aspektdən baxmağa imkan yaradır. Onun fikrincə, ad valideynin övladına verdiyi ən qiymətli və uzunömürlü "hədiyyə"dir və bu seçim yüksək məsuliyyət, diqqət və həssaslıq tələb edir.

Ü.Şəfiyev vurğulayıb ki, adın sadəcə identifikasiya funksiyası yoxdur, həm də güclü psixoloji təsir mexanizmi var: "Ad uşağın özünüqavrayışına, şəxsiyyətinin formalaşmasına və sosial mühitə inteqrasiyasına birbaşa təsir göstərir. Başqa sözlə, uşaq yalnız adı daşımır, müəyyən mənada onunla formalaşır. Bu kontekstdə ad, uşağın özünə münasibətini, özünə inamını və cəmiyyət içində mövqeyini müəyyən edən amillərdən biri kimi çıxış edir".

Ekspertin sözlərinə görə, tarixən Azərbaycan mədəniyyətində advermə prosesi daha məzmunlu və simvolik xarakter daşıyıb: "Xalq dastanlarında və epik ənənədə uşağın adı təsadüfi seçilmirdi. O ya qəhrəmanlıq, ya da müəyyən xüsusiyyətlər əsasında "qazanılırdı". Dədə Qorqud kimi obrazların iştirakı ilə keçirilən mərasimlərdə ad uşağa bir növ sosial status, istiqamət verirdi. Bu, adın sadəcə söz yox, ideya və dəyər daşıyıcısı olduğunu göstərir".

Məsuliyyətsizlikdən yaranan travma

Ü.Şəfiyev müasir dövrdə müşahidə olunan bəzi neqativ tendensiyalara da diqqət çəkib. O qeyd edib ki, valideynlərin bir qismi məsuliyyətsiz yanaşaraq uşaqlara məişət əşyalarının və ya təsadüfi sözlərin adını verir. Bu cür adlar isə uşağın sosial mühitdə stiqmatizasiyasına səbəb olur. Uşaq böyüdükcə həmyaşıdları tərəfindən lağ obyektinə çevrilir, nəticədə psixoloji travma, özünəqapanma və özünəinamın azalması kimi problemlər ortaya çıxır. Bir çox hallarda isə fərd yetkin yaşa çatdıqdan sonra adını dəyişmək məcburiyyətində qalır.

Ekspert digər problem kimi kütləvi mədəniyyətin təsirini göstərib. Onun sözlərinə görə, bəzi valideynlər serial və ya filmlərdə gördükləri obrazların adlarını onların mənasını və məzmununu araşdırmadan övladlarına verirlər. Halbuki həmin obrazların mənfi xarakter daşıması və ya milli-mədəni kontekstə uyğun olmaması mümkündür.

Ü.Şəfiyev mövcud problemin həllində milli adların seçilməsini ən optimal yanaşma kimi qiymətləndirib. O hesab edir ki, Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin, qəhrəmanların və şəhidlərin adlarının yaşadılması həm milli yaddaşın qorunması, həm də yeni nəslin dəyərlər sistemi ilə formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, adın tərbiyəvi və ideoloji funksiyasını gücləndirən amil kimi çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 İyun 2026 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see342

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see305

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see281

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see278

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see275

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see259

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see257

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see256

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see255

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see254

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see247

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see240

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see236

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see235

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see234

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see225

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see218

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see203

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see198

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri