Icma.az
close
up
RU
Səhv tərbiyə travmaya çevrilə bilər Psixoloqdan valideynlərə xəbərdarlıq

Səhv tərbiyə travmaya çevrilə bilər Psixoloqdan valideynlərə xəbərdarlıq

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Günümüzün ən böyük problemlərindən biri travmalı insanlardır. Bir çox hallarda bu travmaların kökündə uşaqlıq dövründə yol verilən tərbiyə səhvləri dayanır. Mütəxəssislər qeyd edirlər ki, övladın psixoloji sağlamlığının formalaşmasında ana və atanın rolu həlledici əhəmiyyət daşıyır.

Bu baxımdan sual yaranır: övladın yetişdirilməsində ana və atanın rol bölgüsü necə olmalıdır?

Redaktor.az-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, travma insan həyatının təbii bir hissəsidir:

"Demək olar ki, hər kəs müxtəlif dövrlərdə müəyyən izlər buraxan təcrübələr yaşayır. Travma təkcə baş verən hadisə deyil, həmin hadisənin insanın yaddaşında necə qaldığı və ona hansı mənanın yüklənməsidir. Keçmiş, əslində arxaya baxıb gördüyümüz mənzərədir. İnsan hadisəyə münasibətini dəyişəndə travmanın həyatının bir parçası olduğunu qəbul edir və ona dağıdıcı məna yükləmir. Çünki həddindən artıq mənalandırılan hər şey insanın içində böyüyərək fəlakət hissinə çevrilə bilər".

Psixoloq qeyd etdi ki, övladın yetişdirilməsində ana və atanın rol bölgüsü sərt qaydalarla yox, sağlam əməkdaşlıqla qurulmalıdır.

"Ən əsas məsələ valideynlərin bir-biri ilə dialoqda olması, eyni dəyərlər və yanaşma ətrafında anlaşmasıdır. Ana və ata bir-birinə şəxsiyyət kimi yanaşanda uşaq da ailənin içində özünü şəxsiyyət kimi hiss edir. Bu, uşağın özünə inamının, sərhəd hissinin və emosional sabitliyinin formalaşmasına birbaşa təsir edir. Uşaqda yığılan stres çox vaxt emosional və davranış dəyişiklikləri ilə özünü göstərir. Belə hallarda valideynlərin anlayışlı, səbirli və dəstəkləyici münasibəti stresin azalmasında mühüm rol oynayır. Uşağın fikirlərini sərbəst şəkildə ifadə edə bilməsi üçün təhlükəsiz mühit yaradılmalıdır. Eyni zamanda gündəlik rejimin sabit olması, evdə qaydaların və münasibətlərin ardıcıl qalması uşağın psixoloji dayanıqlığını gücləndirir və ona özünü daha güvənli hiss etdirməyə kömək edir", - deyə Rövşən Nəcəfov əlavə etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Fevral 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri