Icma.az
close
up
RU
“Uşağa görə muştuluq alıb getdilər, gecə isə arvadımın meyitini verdilər”

“Uşağa görə muştuluq alıb getdilər, gecə isə arvadımın meyitini verdilər”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Biz lap əvvəldən təklif etdik ki, qeysəriyyə əməliyyatı ilə uşağı götürün. Amma həkimlər razılaşmadılar. Bildirdilər ki, təbii doğuş olacaq. Bunun üçün də yoldaşıma nəsə dərman veriblər. Axırı da belə”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Teleqraf”a Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəznində olan Perinatal Mərkəzdə doğuş zamanı ölən 33 yaşlı Şəbnəm Kərimovanın həyat yoldaşı İsmayıl Kazımov deyib.

O, hadisəyə görə həkimləri günahlandırıb: “Yoldaşımı apardım xəstəxanaya. Günorta saat 12-də əlimlə ötürdüm içəri. İki saat sonra gəldilər ki, övladınız sağ-salamat doğulub, təbrik elədilər, gözaydınlığı verdilər, muştuluq alıb getdilər. Mən də sevinc içində oturub gözlədim.

Bu arada gəlib dedilər ki, gedin, uşağı, ananı sonra görərsiniz. Razılaşmadıq, oturub gözlədik. Dedik, icazə verin, görək sonra gedək. Başladı vaxt uzanmağa, beş dəqiqə sonra, 10 dəqiqədə gözləyin, indi içəri keçəcəksiniz və sair. Bir də gördük qan gətizdirirlər. Mən də elə bildim başqasına lazımdır. Sən demə mənim yoldaşıma görə gətirirlərmiş qanı. Qanaxmanı kəsə bilməyiblər, yoldaşım da dünyasını dəyişib. Əlimlə sağ-salamat xəstəxanaya apardığım adamın gecə saat 23-də mənə meyitini verdilər”.

İ.Kazımov həyat yoldaşının ölümündə Perinatal Mərkəzin həkimləri Gültac Vidadi və ginekologiya şöbəsinin baş “mamaça”nı və xəstəxananın baş tibb bacısını əvəz edən Sevinc Hüseynovanı ittiham edir: “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir. Həkimlərdən şikayətçiyəm. Yazılı olaraq hələ heç bir yerə müraciət etməmişəm. Dünən hüquq-mühafizə orqanlarının nümayəndələri orada olub. Orada iki həkimi olub - Sevinc və Gültac, ikisindən də şikayətim var. Bu gün yoldaşımı aparıb dəfn edib gəlmişəm. Gözüm görə-görə mənim yoldaşımı öldürdülər, buna durub baxacam mən?”

Ailə başçısının ittihamları ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının, həkimlər Gültac Vidadi və Sevinc Hüseynovanın mövqeyini öyrənmək isə mümkün olmayıb. Belə ki, adıçəkilən şəxslər agentliyin telefon zənglərinə cavab verməyiblər.

TƏBİB-in rəsmi məlumatına görə, 1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub: “Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, 2024-cü ilidə də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınmışdı. Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova oktyabrın 26-da uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib. Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. O, ertəsi gün xəstəxanada vəfat edib. Yaxınları Zəhranın ölümündə Gütac Vidadini günahlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyul 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri