Icma.az
close
up
RU
Ədliyyə Nazirliyi: Müharibədən sonra 1266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı verilib MÜSAHİBƏ

Ədliyyə Nazirliyi: Müharibədən sonra 1266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı verilib MÜSAHİBƏ

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

7 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfovanın APA-ya müsahibəsi

Uşaqların adı valideynlərin seçiminə uyğun olaraq verilir

- Siz özünüz vətəndaşlara yeni adlar təklif edirsiniz? Çünki ölkədə eyni adların çoxluğu halları hələ də müşahidə olunur. Və bir də Azərbaycanda bir şəxsə iki ayrı adın verilməsi qadağandırmı? Ümumiyyətlə, bu məsələ qanunvericilikdə necə tənzimlənir?

- Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir. Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

Uşaqların adı valideynlərin seçiminə uyğun olaraq verilir. Valideynlərə ad seçimi zamanı AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “Azərbaycan şəxs adlarının izahlı lüğəti”ndən və Ədliyyə Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Azərbaycan adları barədə məlumat” bölməsindən istifadə etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, fiziki şəxsin adı adlardan deyil, yalnız addan ibarət ola bilər. Həmçinin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən, adın verilməsindən və ya dəyişdirilməsindən imtina barədə qeydiyyat orqanının qərarından inzibati qaydada (və ya) məhkəməyə şikayət verilə bilər.

Ölkəmizdə qadağan olunan adların siyahısı mövcud deyil

Ölkəmizdə uşaqlara xarici adların verilməsi ilə bağlı qadağa mövcuddur?

- Ölkəmizdə qadağan olunan adların siyahısı mövcud deyil. Lakin yuxarıda da qeyd etdiyim kimi, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən, uşağın mənafeyinə xələl gətirəcək, habelə cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.

2020-ci ildən indiyədək 1266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı verilib

- Vətən müharibəsindən sonra Xudayar, Polad, Zəfər kimi adların verilməsində artım yaşanıbmı?

- Qeyd edim ki, 2020-ci ildən indiyədək 1266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı verilib.

Valideynlər milliləşdirilmiş soyad sonluqlarının seçilməsinə üstünlük verir

- Bəs soyadların sonluqlarının dəyişdirilməsi prosesi necə həyata keçirilir? Ümumilikdə, soyad sonluqlarının dəyişdirilməsi istiqamətində hansı tendensiyalar müşahidə olunur? Nə qədər vətəndaş soyad sonluğunu dəyişdirmək üçün müraciət edib?

- “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Milli Məclisin 02.02.1993-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” - sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”, “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Şəxsin soyadının sonluğu dəyişdirildikdə onun vətəndaşlıq vəziyyətinə dair akt qeydlərində (doğumu, nikahı, övladlarının doğumu və sair) soyadının sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə yeni şəhadətnamələr təqdim olunur.

Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum nəzərdə tutulmayıb.

Eyni zamanda, yenidoğulmuş uşağın doğumunun qeydə alınması zamanı müraciət edən şəxs uşağın soyadının valideynlərin soyadlarına uyğun Milli Məclisin müvafiq qərarındakı sonluqlardan biri və ya sonluqsuz forma ilə qeyd olunmasını seçə bilər. Soyadın sonluğunun seçilməsi zamanı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

Məlumat üçün qeyd edim ki, 2024-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 1479, 2025-ci ilin ilk 6 ayı ərzində isə 634 şəxsin soyadının sonluğu dəyişdirilib.

Eyni zamanda, yenidoğulmuşların doğumunun qeydə alınması zamanı valideynlər tərəfindən bir qayda olaraq milliləşdirilmiş soyad sonluqlarının seçilməsinə üstünlük verilir.

Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər

- Qadın nikahdan sonra həm atasının soyadını, həm də həyat yoldaşının soyadını eyni vaxtda daşıya bilərmi?

Bəli. Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.

- Ad soyad, ata adının dəyişdirilməsi qanunvericiliklə necə tənzimlənir?

- Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir.

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir.

2024 və 2025-ci ilin birinci yarımili ərzində yetkinlik yaşına çatmış 9 şəxsin ata adının dəyişdirilməsi qeydə alınıb

- Bəs ata adının dəyişdirilməsi ilə bağlı nə qədər adam müraciət edib? Və səbəbləri nə ilə bağlı olub?

- 2024 və 2025-ci ilin birinci yarımili ərzində yetkinlik yaşına çatmış 9 şəxsin ata adının dəyişdirilməsi qeydə alınıb. Ata adının dəyişdirilməsi adətən şəxsin onu faktiki böyütmüş və tərbiyə etmiş adamın adı ilə ata adı daşımaq arzusundan irəli gəlir.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri