Icma.az
close
up
RU
Uşağı dəfn edərkən canlı açan ata, müəmmalı danışan ana Ailə nəyi gizlədir?

Uşağı dəfn edərkən canlı açan ata, müəmmalı danışan ana Ailə nəyi gizlədir?

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün dəm qazından ölümlə bağlı xəbər yazdım. Bəlkə də indiyə qədər onlarla belə xəbər yazmışam. Amma bu dəfəki fərqli oldu...

Dünyadan köçən, amma dünyanın, yaşamağın, həyatın hələ nə olduğunu belə bilməyən cənnət gülü - iki yaşlı Gülcənnət idi.

Ölüm mələyi Cəbrayılovlar ailəsindəki doqquz uşaqdan 6, ya da yeddincisi olan körpəni səhər saatlarında aparıb. Həkimlər saat 05:00 radələrində ataya zəng edib, həmin xəbəri veriblər.

Uşağın atası Cəbrayılov Kamilin bir videosunu gördüm. Övladını bağrına basıb, morqdan çıxarırdı. Kiməsə görə uşaqların sayı çox görünə bilər. Amma onların özünəməxsus həyatı, valideyn üçün isə hər birinin ayrı yeri var və bu, belə də olmalıdır. Yaşı nə qədər az olsa da!

Sosial şəbəkədə biri yazırdı ki, ata niyə ağlamır? Digəri yazırdı: kasıb ailədir, amma 9 uşağı var və s. Əksəriyyət qınayırdı. Mən isə hər şeyə rəğmən haqq qazandırmağa çalışırdım. Deyirdim, dindar ailədir, uşağın doğulmadan ölməsi günahdır, hər halda o uşaqlara qeyri biriləri yox, həmin ata baxır...

Elə bu düşüncədə idim ki, ölən körpənin atasının "TikTok" sosial şəbəkəsində canlı yayımda olduğunu eşitdim. İnanmadım, özüm baxdım. Adam canlıdadır, öz aləmindədir. Ölən uşağının kəfəndə, çənəsi bağlı formada görüntülərinə qədər paylaşıb. Bəlkə də bununla təskinlik tapır deyəcəm, amma ölən uşaq bir yana, qalan beş azyaşlı övladı hələ də can çəkişir axı. Övladını düşünən ata indi onların yanında olmalı idi, sosial şəbəkədə oturub, prim tutmalı deyildi! 

Uşağın dəfn olunmasını belə canlı yayımla göstərib, pul qazanmağa çalışmağın insanlıq xaricində olduğunu düşünürəm. Üstəlik, bunu edən bir atadır. Təbii ki, ata demək olarsa...

Müqayisəsi çox absurd olsa da, bir insan akvariumdakı balığı öləndə belə ona pis olur. Pişiyi üçün dəfn mərasimi keçirən görmüşəm. Bu adam isə televiziyaya açıqlamasında övladı haqqında "yarım saat əvvəl basdırıb gəlmişəm" deyir. Bəlkə də elə körpənin qədir-qiyməti bilinməyib deyə, Tanrı onu ailədən alıb?! Bircə övlad üçün ömür boyu həsrət çəkən ailələr var. Əlində olanının dəyərini bilməyənləri də görmüşük. Bu qədərini isə indi görürəm. 

Yaxşı yadımdadır, 2015-ci il idi. Dayımın qəzada ölən üç yaşlı oğlunu kəfənə büküb, verdilər qucağına ki, aparıb dəfn eləsin. Onun təsəllisi, ikinci bir oğlu yox idi, sonradan da olmadı. Bu 11 ildə hər aldığı nəfəsdə onun ağrı-acısını hiss etdim. İndi də elədir. Doğulmadan ölsə belə, övladdır, candır. 

Amma bu ata üçün, görünür, canın, övladın fərqi yoxdur. Bəlkə psixi problemləri var, bəlkə də alzheimer xəstəsidir. Hər bir halda araşdırılmalıdır, qalan uşaqlara sahib çıxılmalıdır. 

Bəlkə də o uşaq yaşaya bilərdi, ataları xəstəxanadan tez təxliyə etməsəydi. Çünki evə gəldikdən sonra, vəziyyətləri yenidən pisləşib və ikinci dəfə xəstəxanaya aparılıblar. Üstəlik, xəstəxana onların vəziyyətini bilə-bilə evə buraxıb. Belə bir şeyə necə və niyə yol verilib? 

Və ən əsası, ana məsuliyyətli olsaydı, bunların heç biri olmazdı. Məncə, ailənin gizlətdiyi bəzi şeylər var. 6 uşaq eyni anda hamamda nə gəzirdi? Üstəlik, köməyə gələn qonşu ilə ananın açıqlamaları üst-üstə düşmür. Hətta ananın özünün sözləri də pərakəndədir. Gah elə deyir, gah belə. Qonşu deyir, Gülcənnətin başında zədə görüb. Bunların hər birinə ciddi diqqət yetirilməli, aidiyyatı qurumlar araşdırmalıdır.

Əlqərəz, bir can yaranıbsa, yaradılışında hikmət var. Kiminsə laqeydliyinə və ya həvəsinə görə həyatları məhv olmalı deyil! 

Bu gün sussaq, sabah Gülcənnət bizi bağışlamaz...

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri