Uşağı sakitləşdirmək üçün verilən telefon onda disrequlyasiyaya səbəb olur
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azyaşlı uşaqları sakitləşdirmək üçün smartfon və planşetlərdən tez-tez istifadə edilməsi gələcəkdə emosional problemlərin yaranmasına səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “JAMA Pediatrics” jurnalında dərc olunan məqalədə qeyd olunub.
Tədqiqatda 3-5 yaş arası 422 uşaq və onların valideynləri iştirak ediblər. Tədqiqatçılar valideynlərin uşaqları sakitləşdirmək üçün telefon və planşet kimi cihazlardan nə qədər tez-tez istifadə etdiyini və bunun altı ay ərzində uşaqların emosional vəziyyətinə necə təsir göstərdiyini araşdırıblar.
Nəticələr göstərib ki, cihazlardan tez-tez sakitləşdirici vasitə kimi istifadə, xüsusilə oğlan uşaqlarında emosional disrequlyasiyanın artması ilə əlaqəlidir. Bu cür pozuntulara əhvalın sürətli dəyişməsi, ani qəzəb partlayışları, impulsiv davranış və kədər ilə həyəcan arasında kəskin keçidlər daxildir.
Araşdırmanın müəlliflərindən olan pediatr Cenni Radeski bildirib ki, mobil cihazlar uşağı müvəqqəti sakitləşdirsə də, emosiyaların idarə olunması bacarığını öyrətmir. Bu bacarıqların erkən yaşda formalaşmaması isə uşaqların gələcəkdə məktəbdə və sosial mühitdə daha çox çətinlik yaşamasına səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:Ağlayan uşağı sakitləşdirmək üçün bu üsuldan istifadə etməyin Həkimdən XƏBƏRDARLIQ
10 Avqust 2026 17:43
Uşağı bütün gün əlində telefon olan valideynlər üçün xoş xəbər
18 Fevral 2025 12:26
Uşağı həddindən artıq qorumaq necə yorğunluğa səbəb olur..?
07 İyun 2026 21:26
Bunun üçün heç vaxt uşağı danlamayın
08 Oktyabr 2025 20:01
1 yaşlı uşağı ağladığı üçün öldürdü
07 Yanvar 2026 16:48
Baxış sayı:132
Bu xəbər 29 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















