Icma.az
close
up
RU
Ekspert: Ailə uşağın ilk müəllimidir

Ekspert: Ailə uşağın ilk müəllimidir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ən yaxşı gələcək üçün sağlam təməllər vacibdir


“Uğurlu şagirdlər arasında qarşılıqlı hörmətin olduğu ailə mühitində böyüyənlərin sayı əhəmiyyətli dərəcədə çoxdur”

Beynəlxalq Ailə Günü çərçivəsində Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım təşkil olunub və “Ailə modeli: çətinliklər və həllər” haqqında danışılıb. Canlı yayımın qonağı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının Baş həkimi Leyla Bəşirova qey edib ki, müasir dövrdə Azərbaycandakı ailə modeli bir sıra dəyişikliklərə uğrayıb. Onun sözlərinə görə, həmin dəyişikliklərdən birincisi ana və atanın rolunun dəyişməsidir: “Bu da ailəyə yaxşı təsir göstərmir. Halbuki hər bir ailə fərdinin ailədə öz rolu var. Amma bu o demək deyil ki, ata işdən gəlibsə, mütləq dincəlməli, ana isə evə gəldikdən sonra dərhal ev işləri ilə məşğul olmalıdır. Çünki uşaq evdə ananın iş gördüyünü, atanın isə işləmədiyini görsə, bu, onun gələcək həyatı üçün pis örnək olacaq”.


Dağlıq Şirvan Regional Təhsil İdarəsinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elnarə Qasımova isə hesab edir ki, cəmiyyətin təməl daşı olan ailənin formalaşdırdığı dəyərlər sistemi insanın həyat yolunu müəyyən edən əsas faktorlardan biridir:

- Uşağın şəxsiyyət kimi formalaşmasında və təhsil həyatında uğur qazanmasında ailənin rolu danılmazdır. Əxlaqi, mədəni və sosial dəyərlərlə zəngin bir mühitdə böyüyən şagird yalnız dərs əlaçısı deyil, həm də məsuliyyətli, təşəbbüskar və məqsədli bir fərd olur. Belə bir ailədə uşaq böyüyə hörmət etməyi, öz fikrini azad şəkildə ifadə etməyi, səhvlərindən nəticə çıxarmağı öyrənir. Bu keyfiyyətlər isə təhsil həyatında uğurun təməl daşlarını təşkil edir. İnsan həyatının ilk illərində aldığı təhsil ailə mühitində əldə etdiyi dəyərlərdən təsirlənir. Ailə insanın şəxsiyyətinin formalaşmasında, həyatda qarşılaşacağı çətinliklərlə mübarizə aparma qabiliyyətinin inkişafında, təhsilin uğurlu olmasında vacib bir təsirə malikdir. Əgər ailə öz üzvlərinə düzgün istiqamət verə, onların təhsilinə dəyər verə və həyatın dərin mənalarını öyrədə bilirsə, təhsil də cəmiyyətin inkişafına, gənclərin hərtərəfli yetişməsinə xidmət edəcək. Lakin bunun üçün təkcə ailənin deyil, həm də təhsil müəssisələrinin birləşmiş səyi vacibdir. Ailə dəyərləri və təhsil müəssisələrinin birgə əməkdaşlığı ölkəmizin gələcəyinin əsasını qoyan güclü təhsil sisteminin yaranmasında müstəsna rol oynamalıdır.


E.Qasımova qeyd etdi ki, uşağın ilk məktəbi ailəsidir. Uşaq ilk dərsi ailədə alır, bu dərs nə qədər möhkəm təməllər üzərində qurularsa, uşağın gələcəyi də bir o qədər möhkəm olacaq:

- Hər bir fərd həyatını formalaşdıran ilk addımları ailə mühitində atır. Ailə mühiti, uşağın öyrənmə prosesinə böyük təsir göstərir. Burada əldə olunan mənəvi dəyərlər, sosial davranışlar, etik prinsiplər, ailənin təhsilə və biliklərə münasibəti uşağın gələcək təhsil həyatını müəyyən edir. Məsələn, valideynlərin təhsilə verdiyi önəm uşağın məktəbə münasibətinə, dərsə olan marağına və uğurlarına birbaşa təsir edir. Araşdırmalar göstərir ki, uşaqların təhsil uğurları onların evdə gördükləri dəstək, təşviq və ailənin təhsilə olan maraq və bağlılığından asılıdır. Ailə yalnız təhsil sahəsində deyil, həm də uşağın dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Ailə dəyərləri gələcəyin savadlı, məlumatlı və sosial məsuliyyətli vətəndaşlarını yetişdirməkdə başlıca faktora çevrilir. Ailənin təmin etdiyi birinci dərslər – əxlaqi dəyərlər, dürüstlük, səbir, həmrəylik və empatiya təhsil mühitində, müəllimlərlə əlaqələrdə, yaşıdlarla münasibətdə öz əksini tapır. Təhsil təkcə bilik qazanmaqdan ibarət deyil. Təhsil həm də düşünməyi, sorğulamağı, qarşıya məqsədlər qoyub ona doğru irəliləməyi öyrədir. Ailəsində düzgün yönləndirilən, mənəvi dayaq görən şagirdlər isə bu prosesə daha hazırlıqlı olurlar. Onlar çətinliklər qarşısında tez ruhdan düşmür, çünki daxili motivasiyaları güclüdür. Bu motivasiya da ailədə qazandıqları dəyərlərdən qaynaqlanır. Tədqiqatlar göstərir ki, ailə tərbiyəsi və dəyərləri şagirdin məktəb həyatına birbaşa təsir edir. Uğurlu şagirdlər arasında qarşılıqlı hörmətin olduğu ailə mühitində böyüyənlərin sayı əhəmiyyətli dərəcədə çoxdur. Bu, təsadüf deyil, çünki ailə insanın ilk müəllimidir. Uşaq ailədə ataya hörmət görəcəksə, atasına hörmət edəcək, anasına da eynilə, hörmət görəcəksə, cəmiyyətdə qadına hörmət edəcək. Bir insan ki ailəsində qadına hörmət görməyib, ondan ümumən qadınlara hörmət etməsini gözləmək əbəsdir. Belə şəxslərin ailə həyatları da qısaömürlü, problemli ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri