Icma.az
close
up
RU
Uşağın cinsi anadan asılıdır ya atadan? Doğru MƏLUMAT

Uşağın cinsi anadan asılıdır ya atadan? Doğru MƏLUMAT

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşağın doğulması böyük bir sevinc və xoşbəxtlikdir. Təəssüf ki, heç də hər ailəyə bu sevinci yaşamaq qismət olmur.

Lakin bunu anlamayan və uşağın cinsinə görə "narazı" olanlar da tapılır. Belə narazı olanların əksəriyyəti kişilərdir - "filankəsin 2 oğlu var, mənim isə...", "oğlan olmalıdır", "oğlan istəyirəm" və s.

Qadınlar belə vəziyyətdə sıxılır, özünü günahkar hesab edir, buna görə qınaq və bəzən hətta şiddət  obyektinə çevrilir. Bu "rüsvayçılıqdan" qurtulmaq üçün yazıq qadınlar nələrə əl atır - saysız selektiv abortlar, riskli hamiləliklər, hətta ölüm. 

Bu məqalədə biz uşağın cinsinin necə formalaşdığını və əslində kimdən asılı olduğunu sizə izah edərik.

Beləliklə,

İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir. Xromosomlar genlərdən ibarətdir. Məhz genlər bizim göz, dəri, saç rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s. özəllikləri haqqında bütün məlumatları başıyır. Genlər gen toplusunu (genotip) yaradır. Gen toplusu hər bir insanda fərqlidir.

Qadınların xromosom dəsti 46XX kimi, kişilərin – 46XY kimi işarə olunur. 44 xromosom qeyri-cinsi (dediyimiz kimi, göz, saç, dəri rəngi və s.), 2 xromosom isə cinsidir. Qadınlarda cinsi xromosomlar XX, kişilərdə XY kimi işarə olunur.

Spermatozoid və yumurta hüceyrəsinin hər birisində yalnız xromosomların yarısı, yəni 23 olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom, ki sonra bu hücerələr birləşəndə yeni orqanizmin tam xromosom dəsti (23+23=46) alınsın.

Qadınlarda bütün yumurta hüceyrələrində yalnız X cinsi xromosomları (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidləri isə fərqlidir - onlar ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).

Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.

Yumurta hüceyrəsi X-xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) inkişaf etməyə başlayır.

Beləliklə, fiziki olaraq uşağın cinsinin formalaşmasında yalnız atanın "rolu" var, ananın isə heç bir rolu yoxdur.

Lakin bunu da demək tam düzgün deyil. Bəli, uşağın cinsini spermatozoid formalaşdırır, ancaq hər bir konkret halda hansı spermatozoid (X və ya Y) bunu edəcək nə kişi, nə də qadından asılı deyil və bunu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Məhz bu səbəbdən uşağın cinsinə aid olan heç bir "hesablama" dəqiq nəticə vermir və verə də bilməz.

Bunu yalnız Uca Allahımız təyin edir.

Müqəddəs Quranda bu haqda konkret olaraq deyilir:

“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir” (əş-Şura, 49).

Allahınmı qərarına qarşı çıxacaqsınız?

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri