Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Uşağınız telefondan gözünü ayırmır? Bunları yoxlayın!

Uşağınız telefondan gözünü ayırmır? Bunları yoxlayın!

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uşaq inkişafı üzrə mütəxəssislər uşaqların ekran vaxtını necə nəzarətdə saxlamaq barədə məsləhətlər verirlər. Əgər valideynsinizsə, ABŞ məhkəməsinin “Meta” və “Google”la bağlı qərarı narahatlıqlarınızın haqlı olduğunu hiss etdirmiş ola bilər. Məhkəmə bu şirkətlərin qəsdən asılılıq yaradan sosial media platformaları hazırladığını və bunun gənc qadının zehni sağlamlığına zərər verdiyinə dair hökm çıxarıb. ABŞ-dəki məhkəmə işində Keyli adlı gənc qadının vəkilləri instaqram və yutubda sonsuz sürüşdürmə kimi xüsusiyyətlərin asılılıq yaratmaq üçün nəzərdə tutulduğunu iddia ediblər. Qərar sosial media şirkətləri üçün “dönüş nöqtəsi” kimi təsvir olunur. Lakin dünya miqyasında uşaqlarının ekran vaxtını azaltmağa çalışan valideynlər üçün bu qərar praktikada həmişə çox təsirli olmur.

“Qafqazinfo” telefonları uşaqların əlindən necə almaq barədə mütəxəssis məsləhətlərin təqdim edir:

1. Kiçikdən başlayın və real olun

Uşaqlarına artıq planşet və ya smartfon vermiş bir çox ailələr onlardan tamamilə qurtulmağın ən yaxşı seçim olduğunu düşünə bilərlər. Lakin uşaq psixoloqu dr. Ceyn Gilmur bunun ən yaxşı yanaşma olmaya biləcəyini deyir: “Bir vərdişi dəyişdirmək həmişə çətindir”.

Əvəzində, o, dəyişiklikləri ekran vaxtı müzakirəsinin qızışdığı vaxtda deyil, normal vaxtda etməyi təklif edir: “Sakit yanaşma ən yaxşı ünsiyyəti təmin edir”.

Ekran vaxtını azaltmağın ən yaxşı ilk addımı evdə cihazlar üçün müəyyən bir yer, məsələn, müəyyən bir şkaf təyin etmək ola bilər.

“Şarj cihazları üçün tək bir yer ayırın ki, telefonlar kənara qoyulduqda, onlar qoşulsun və məsələ bağlansın”, - Gilmur deyir.

2. Əməkdaşlıq edin

Uşaq psixoloqu dr. Merihan Beyker deyir ki, daha böyük yaşdakı uşaqlar və yeniyetmələr üçün əlavə qaydalar tətbiq etməkdənsə, onları ekran vaxtı ilə bağlı söhbətlərə cəlb etmək daha faydalı ola bilər.

O, həmçinin deyir ki, sosial mediada həmyaşıd təzyiqini etiraf etmək yeniyetmələrin diqqətini cəlb etməyə kömək edə bilər.

Məsələn, uşaqlara demək effektiv ola bilər: “Orada dostlarınızla ünsiyyət qurduğunuzu başa düşürəm. Bu platformada yoxmuşsan kimi görünməyin gətirəcəyi sosial təzyiqi başa düşürəm.

Beləliklə, gəlin gün ərzində daim telefonunuzda olmayacağınız bir məkan yaratmağa necə başlaya biləcəyimiz barədə danışaq”.

Valideynlik kouçu Olivia Edvards deyir ki, uşağınızla güclü bir bağ qurmaq ekran vaxtını tənzimləməyi asanlaşdıra bilər: “Uşağımızla güclü bir münasibətimiz olmalıdır, çünki bu, bizi əməkdaşlığa və komanda işinə aparacaq”.

Uşağınızın onlayn istehlak etdiyi məzmuna, həqiqətən, maraq göstərə də bilərsiniz.

3. Ekran vaxtını öyrənmə fürsətinə çevirin

Bir çox valideyn sosial mediada sürətlə dəyişən trendlərdən geridə qalmış hiss edir. Lakin ekran qarşısında vaxt keçirmək barədə açıq müzakirələr həm böyüklər, həm də uşaqlar üçün bir-birindən öyrənmək üçün imkanlar yarada bilər.

Edvards bu kimi nümunələr gətirir: “Siz belə bir şey deyə bilərsiniz: “Sizcə, sosial media necə işləyir? Sizcə, bu tətbiq insanların ekrana baxmasını təmin etmək üçün necə işləyir?”, “Bilirdinizmi ki, insanlar burada nə qədər çox vaxt keçirirlərsə, şirkətlər də bir o qədər çox pul qazanırlar?”

Gilmur həmçinin deyir ki, valideynlər uşaqlarına rəqəmsal savadlılığı praktik şəkildə öyrədə bilərlər: “Birlikdə məzmuna baxıb soruşa bilərsiniz: “Yaxşı, sizcə, bu doğrudurmu? Bunun doğru olub-olmadığını necə deyə bilərəm?”

4. Nümunə göstərin

Uşaqların valideynlərini təqlid etmələri heç kimə sirr deyil. Uşaqlarda yaxşı ekran vərdişlərini təşviq etmək bir az özünüdərklə başlaya bilər.

Merihan burada yumşaq bir yanaşma təklif edir: “Hətta uşaqlarımızla bir az özünütənqidi söhbət də edə bilərik. Məsələn, deyə bilərik ki, “Hamımız bunu edirik, mən də telefonumdan istifadə etməkdə o qədər də yaxşı deyiləm”.

Telefonlar və planşetlər hər yaş üçün daimi əyləncə mənbəyidir, lakin Gilmur deyir ki, həm böyüklər, həm də uşaqlar bir az darıxdırıcılığı qəbul etməkdən faydalanacaqlar və əlavə edir: “Ekranın qarşısında olmaq diqqətimizi xarici dünyaya yönəldir. İçəriyə dönmək, boşluğa, uzaqlara baxmaq keçmişi düşünməyə, gələcəyi təsəvvür etməyə və yaradıcılığı stimullaşdırmağa imkan verir. Beləliklə, uşaqlarınız “Ediləsi bir şey yoxdur” deyə şikayət edib sadəcə boşluğa baxırlarsa, bu problem deyil. Əslində, bu, müsbət bir şeydir”.

5. Təşvişə düşməyin

Valideynlik heç vaxt asan olmayıb, amma ekranların hər yerdə olduğu və hələ də onların bizə necə təsir etdiyini öyrəndiyimiz bir dövrdə uşaqları böyütmək narahatlıq yarada bilər.

Esseks Universitetinin rəqəmsal kommunikasiya üzrə mütəxəssisi tr. Toni Sempson deyir ki, valideynlər mənəvi təşviş tələsinə düşməməlidirlər.

“Narahat valideynlər təşvişə düşməyə meyillidirlər və bütün yeniyetmə beyinlərini sadəcə sosial media asılılığına meyilli kimi qeyd edirlər”, - o deyir.

Lakin uşaqlar və yeniyetmələr “neyroplastiklik” adlı bir xüsusiyyətə malikdirlər, yəni onların beyinləri yetkin beyinlərindən daha yaxşı uyğunlaşır və bərpa olunur.

“Diqqətin necə aşındığı haqqında çox oxuyuruq. Lakin sosial media diqqəti azaltmır və ya aşındırmır. Diqqəti cəlb edir və onu kommersiya məzmunu ilə qarşılıqlı əlaqəyə yönəldir.

Müsbət texnologiya istifadəsi yaradıcılıq, araşdırma və öyrənmə üçün neyroplastikliyi artırmağa kömək edə bilər”, - o bildirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:334
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Aprel 2026 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see351

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see315

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see287

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see283

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see269

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see267

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see266

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see266

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see266

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see257

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see248

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see243

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see241

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see240

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see233

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see227

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see216

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see211

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see211

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri