Icma.az
close
up
RU
Uşağınız birinci sinfə başlayır? Bunları mütləq bilin! KONKRET

Uşağınız birinci sinfə başlayır? Bunları mütləq bilin! KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Birinci sinfə başlamaq uşaq üçün yalnız yeni bir təhsil mühitinə daxil olmaq demək deyil. Bu, valideyndən fiziki olaraq ayrılmaq, yeni böyüklərlə münasibət qurmaq, yaşıdları arasında öz yerini tapmaq və daha çox məsuliyyət daşımaq deməkdir. Buna görə də xüsusilə utancaq, valideyninə daha çox ehtiyac duyan və özünə inamı zəif olan uşaqlar məktəbə uyğunlaşarkən çətinlik çəkə bilərlər.

KONKRET.az pravdaaz-a istinadən bildirir ki, bu dövrdə ən vacib olan uşağa təzyiq göstərmək deyil, onu dinləmək, hisslərini qəbul etmək və özünə güvənməsinə dəstək olmaqdır.

Uşağın qorxusunu kiçiltməyin

“Qorxma”, “Ağlama” demək əvəzinə: “Sənin narahat olduğunu başa düşürəm, amma bunun öhdəsindən gələ bilərsən” deyin.

Sağollaşmanı qısa edin

Məktəbdə uzun-uzadı vidalaşmaq və gizlicə uzaqlaşmaq uşağın narahatlığını artıra bilər.

Uşağa kiçik məsuliyyətlər verin

Çantasını hazırlamaq, paltarını seçmək kimi işləri özü görsün. Bu, özünə inamını artırır.

Hər problemi onun əvəzinə həll etməyin

Əvvəlcə “Səncə, bunu necə həll edə bilərik?” deyə soruşun. Uşağın problem həll etmə bacarığını inkişaf etdirin.

Uşağı digər uşaqlarla müqayisə etməyin

“Bax, dostun necə yaxşı oxuyur” kimi sözlər onun özünə inamını azalda bilər.

Məktəbdən qayıdanda konkret suallar verin

“Bu gün səni ən çox nə sevindirdi?”, “Çətinlik çəkdiyin bir şey oldumu?” kimi suallar uşağın danışmasını asanlaşdırır.

Uşaq danışanda onu günahlandırmayın

“Niyə belə etdin?” əvəzinə “Bunu mənimlə paylaşdığın üçün təşəkkür edirəm” deyin.

Ağlamağı və kədərlənməyi normal qəbul edin

Güclü uşaq heç vaxt ağlamayan uşaq deyil. Əsas məsələ çətin hisslərin öhdəsindən gəlməyi öyrənməsidir.

“Mən bacarmıram” sözünə diqqət edin

“Hələ bacarmıram” düşüncəsini formalaşdırın. Səhvin öyrənmənin bir hissəsi olduğunu göstərin.

Ən əsası, uşağa güvən verin

Ona deyin: “Hər şeyi dərhal bacarmaq məcburiyyətində deyilsən. Çətinlik çəkəndə mənə danışa bilərsən. Mən həmişə sənin yanındayam.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Sentyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri