“Uşağınız üçün nəzarətçi tutun” Bağçada valideynə tələb İDDİA
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Bakıda azyaşlı uşağın şəkərli diabet səbəbilə özəl bağçadan uzaqlaşdırıldığı iddia olunur.
Milli.Az xəbər verir ki, uşağın anası Hədiyyə Qurbanəliyeva "Barama" bağçasının "Əcəmi" filialından şikayətçidir. Onun sözlərinə görə, uşaq ailəyə əvvəlcədən rəsmi xəbərdarlıq edilmədən bağçadan uzaqlaşdırılıb.
Valideyn bildirir ki, övladının tibbi sənədləri qaydasındadır və mütəmadi həkim nəzarətindədir. Buna baxmayaraq, diabet xəstəliyinin əsas gətirilərək əvvəlcə uşağın bir-iki ay evdə qalması, daha sonra isə bağçada fərdi nəzarətçi ilə davam etməsi tələb olunub. Ailə isə bu xərci qarşılaya bilməyəcəyini bildirib.
İddiaya görə, bağça əməkdaşları daha sonra uşağın portalda qeydiyyatdan çıxarılmasını istəyib. Ailə razılaşmasa da, qeydiyyatın sonradan ləğv edildiyini öyrənib. Valideynə bununla bağlı rəsmi sənəd və ya hüquqi əsas təqdim edilmədiyi bildirilir.
Ailə məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib.İddialara aydınlıq gətirmək üçün bağçanın rəhbərliyi ilə əlaqə saxlamağa çalışılsa da, müəssisə rəhbərliyi çəkiliş qrupunu görən kimi qapıları bağlayıb, pərdələri çəkib və işıqları söndürüb.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 08 Avqust 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















