Icma.az
close
up
RU
Uşağınızda bu simptomlar varsa... LYAMBLİOZ

Uşağınızda bu simptomlar varsa... LYAMBLİOZ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Valideynlər tez-tez lyamblioz kimi "qorxulu" diaqnoz ilə rastlaşır, vahimə içərisində həkimə müraciət edirlər, uşağın orqanizmini toksiki preparatlarla yükləyərək, təkrarən lyambliya əleyhinə müalicə kursları alırlar, nəticədə isə heç bir effekt görmürlər.

Lyamblioz – əsasən uşaqlar arasında çox geniş yayılmış parazitar xəstəlikdir. Parazitlərlə bağlı kifayət qədər yanlışlıqlar və reallıqlar var.

Lyambliyalara aid olan hansı yanlışlar var? Gəlin aydınlaşdırmağa çalışaq.

Lyamblioz barədə yanlışlar

Yanlış №1. Lyambliyalar gözlə görünən qurdlardır.

Əlbəttə ki, yox! Lyambliyalar qurdlara aid olmayan mikroskopik parazitlərdir. Təbii ki, ancaq mikroskopun altında görünəcəklər.

Yanlış №2. Lyambliyalar qaraciyəri "yeyirlər" və öd kisəsində məskunlaşırlar.

Lyambliyalar adətən onikibarmaq bağırsaqda yaşayırlar. Sağlam öd tərkibində olan bakterisid öd turşuların hesabına onlara məhvedici təsir göstərir.

Yanlış №3. Müayinə üçün nəcisi laboratoriyaya isti vəziyyətdə aparmaq lazımdır, əks halda parazitlər aşkarlanmayacaq.

Laborantlar müayinə zamanı nəcisdə adətən lyambliyaların hərəkətsiz olan "sist" formasını aşkar edirlər. Sistlər ətraf mühitdə, həmçinin nəcisdə aylarla qala bilirlər.

Yanlış №4. Nəticə əldə etmək üçün lyamblioz olan uşağı sonsuz olaraq müalicə etmək lazımdır.

Düzgün aparılan etaplı kompleks müalicə zamanı qısa müddət ərzində effekt əldə etmək olar.

Lyamblioz barəsində həqiqətlər

Gəlin, lyambliyalara aid olan doğru məlumatlarla tanış olaq.

Həqiqət №1: Uşaqda iştahasızlıq və inkişafdan geri qalma varsa, səbəbi parazitlərdir.

Lyamblioz həzm prosesinin pozulmasına gətirib çıxarır. Lyambliya olan uşaqlarda adətən iştahasızlıq halları baş verir. Onlar ətdən, yağlı qidadan imtina edir, şirniyyata, xəmir xörəklərinə meyllik göstərirlər.

Həqiqət №2: Uşaq dırnaq "yeyirsə", onda lyamblioz aşkar olunacaq.

Lyamblioz "çirkli əllər" xəstəliyidir. 90-95% hallarda dırnaq yeyən və barmaqlarını soran uşaqlarda lyambliyalar aşkar olunur.

Həqiqət №3: Uşağın qarnı tez-tez ağrıyırsa, orda nə isə "məskunlaşıb"

Qurd-parazit invaziyası zamanı, adətən uşağın qarnı ağrıyır.

Həqiqət №4: Pis yuxunun və övladınızın əsəbi olmasının səbəbi - parazitlərdir.

Uşağınızda boş yerdən əsəbilik yaranırsa, orqanizmdə qurd-paraziti yoxlamaq məsləhətdir. Lyambliyaların və qurdların toksinləri qana sorularaq, orqanizminin, həmçinin sinir sisteminin intoksikasiyasına səbəb olur.

Həqiqət №5: Dəridə qəhvəyi rəngdə ləkələr əmələ gəlirsə, lyamblioza yoxlanmaq lazımdır.

Lyamblioz zamanı dəridə, əsasən də üz və boyun nahiyələrində hipo və hiperpiqment ləkələr əmələ gələ bilər. Bundan əlavə, lyamblioz allergik xəstəliklərin kəskinləşməsinin səbəbi ola bilər.

Valideynlərin nəzərinə! Uşaqda, əsasən də səhərlər iştahasızlıq, ürəkbulanma, hərdən qusma, tez-tez qarında ağrılar, qəbizlik, ishal müşahidə olunursa, dərslərində yaddaş pozğunluğu, diqqətsizlik, əsəbilik qeyd olunursa, parazitlərə qarşı müayinənin aparılması məsləhətdir.

Şəhla Rüstəmova, pediatr, tibb elmləri üzrə fəlsəfə doktoru

Ailem.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri