Icma.az
close
up
RU
Uşağınızla böyük kimi davranmayın!

Uşağınızla böyük kimi davranmayın!

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Uşağının tərbiyəsi üçün ən təsirli metodlardan istifadə edən, ancaq uşağı ilə ünsiyyətdə ciddi səhvlərə yol verən valideynlər az deyil. Belə valideynlər uşaqları ilə ünsiyyət qurarkən onların uşaq olduqlarını unudur və böyük bir adamla ünsiyyət qururmuş kimi ünsiyyət qururlar. Hətta bəzən bu az imiş kimi, onlar uşaqlarından böyüklərdən tələb etdiklərini belə tələb edirlər.
Hər bir fərdin (uşaq və ya böyük fərqi yoxdur) bir fərd kimi hörmətə ehtiyacı var. Ancaq bütün hallarda bu hörmət əgər bu fərd böyükdürsə, böyüyə, əgər bu fərd uşaqdırsa, uşağa olan hörmət olmalıdır. Başqa bir məsələ isə böyüklərin özünəməxsus hüquqlara malik olması kimi, uşaqların da özünəməxsus hüquqlara malik olmasıdır (məsələn, oyun oynamaq, şıltaqlıq etmək, sual vermək və s. kimi). Digər tərəfdən, uşaqlar bir gün onlara izah edilən bir məsələni ertəsi gün yenidən eşitmək ehtiyacı hiss edə bilərlər. Ya da oyunu və ya oyun oynamağı hər şeydən üstün tuta bilərlər. Təbii ki, bu misalların sayını artırmaq da olar. Ancaq burada xatırlatmaq istədiyimiz əsas məsələ yenə uşaqların uşaq olduqlarını unutmamaqdır.
Bəzən belə hallar valideynlərdə ciddi narahatlığa səbəb olur. Belə ki, valideynlər bu cür halları (uşağın oyun oynamağı həddindən artıq sevməsi, uşağın nənəsinin (və ya babasının) yanında həddindən artıq şıltaqlaşması kimi) uşaqlarda xarakter pozğunluğu kimi qiymətləndirirlər. Halbuki, burada belə bir şeydən söhbət gedə bilməz. Xüsusilə də, məktəbəqədər dövrdəki uşaqlarda müşahidə edilən bu halları xarakter pozğunluğu kimi qiymətləndirmək doğru deyil.
Digər tərəfdən, uşaqları ilə böyük kimi davranan bu valideynlər baş verən bir hadisəni uşaqlarına kifayət qədər ciddi bir şəkildə izah etməyə çalışırlar. Halbuki uşaqla bölüşdüyünüz şeylər uşağın yaşına, hətta fərdi xüsusiyyətlərinə uyğun olmalıdır. Yəni, uşağınızla bölüşəcəyiniz bir şeyi öz anlayış tərzinizə görə yox, uşağınızın anlayış tərzinə görə tənzimləməlisiniz.
Digər tərəfdən, bəzi valideynlər mütəmadi olaraq uşaqlarından davranışları üçün şərh və ya izah tələb edə edirlər. Əsasən özlərinin xoşbəxt olduqları mühitlərdə (hətta bu mühit uşaqlar üçün olmasa belə) uşaqlarının da xoşbəxt olduqlarına inanırlar. Üstəlik, onlar belə mühitlərdə uşaqlarından böyüklük nümayiş etdirməyi tələb edirlər. Bu cür valideynlər həmçinin, uşaqlarının hisslərini nəzarət altında saxlamağa çalışırlar. Buna görə də, “Ağlamaq sənə heç yaraşmır” və ya “Niyə bu qədər sevindiyini başa düşə bilmirəm” kimi reaksiyalarla uşaqlarının təbiiliklərinə zərbə vururlar. Bu cür münasibət hələ kiçik yaşlarda uşağın uşaqlığını unutmasına səbəb olur. Ən təhlükəlisi isə uşaq uşaqlığını kifayət qədər yaşaya və ya hiss edə bilmir. Bu isə gələcək illərdə uşaqda özünü müxtəlif xarakter pozğunluqları ilə göstərir. Təbii ki, burada əsas hədəfimiz valideynlərinin səhv mövqeləri nəticəsində vaxtından əvvəl böyüyən uşaqlardır. Digər tərəfdən, xarakter baxımından yaşıdlarından daha böyük olan uşaqlar da var ki, bu, onların xarakterik xüsusiyyətlərindən irəli gəldiyi üçün heç bir müdaxiləyə ehtiyac yoxdur.
Aygün Vəliyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Oktyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri