Icma.az
close
up
RU
Uşağınızla bağlı sizi narahat edən SUALLAR varsa, DİQQƏTLƏ OXUYUN!

Uşağınızla bağlı sizi narahat edən SUALLAR varsa, DİQQƏTLƏ OXUYUN!

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Valideynlər üçün hamiləlik prosesi hər zaman maraqlı və streslidir. Doğumdan sonra valideynlər, xüsusilə gənc analar körpənin inkişafı, qidalanması və ümumi sağlamlıq vəziyyəti ilə əlaqədar bir çox mövzuda qərarsız qalır.

Ailələrin həyatını kabusa çevirən bir çox suallar var ki, uşaq həkimləri artıq bu sualları və bu sualların cavablarını əzbər bilirlər. Uşağınızla bağlı sizi narahat edən suallar varsa, bu məqaləni diqqətlə oxuyun. Türkiyənin tanınmış uşaq həkimi dos. Mustafa Taşkəsən valideynlərə tövsiyyə edir.

Publika.az oxucularına valideynlər tərəfindən pediatrlara ən çox verilən 10 sual haqqında məlumat verir:

Uşağımı necə geyindirməliyəm?

Bütün körpələrin əlləri və ayaqları bədənin digər hissələrinə nisbətən daha soyuq olur. Lakin bu, heç də hər zaman onların üşüdüyünü göstərmir. Başın ənsə hissəsindəki saçları və geyimlərin altında qalan hissələr (qolları, ayaqları, boğazı, sinəsi) kifayət qədər istidirsə, narahat olmağa dəyməz. Valideynlər bəzən uşaqları olduqca çox geyindirir. Bu, heç də onlara xeyir etmir. Qış aylarında geyimləri uşağa geyindirməzdən əvvəl müəyyən qədər isitsəniz (qızdırıcının, radiatorların üzərində) daha yaxşı olar. Çalışın uşaqları gündüz 24-25 °C, gecə isə 22-23 °C olan otaqlarda saxlayın.

Uşağın doyduğunu necə bilməli?

Əgər uşağınız hələ körpədirsə və ana südü ilə qidalanırsa, əmizdirmə zamanı körpənizin süd içdiyindən əmin olun. Onun udqunmasına diqqət edin. Bundan başqa, gün ərzində bezini dəyişdirdiyinizdə nəcis və sidik miqdarı ilə də müşahidə etmək olar. Gündəlik 5-6 dəfə dolu bez dəyişirsinizsə, 3-5 dəfə yumşaq nəcisə çıxırsa, bu halda körpələrin kafi bəsləndiyini qəbul etmək olar. Digər uşaqlarda isə, yaşa və aya uyğun olaraq xüsusi miqdar göstərilir. Artıq normal yeməklərə keçmisinizsə, uşağınız yemək yeməkdə çətinlik çəkirsə, ona özü yediyi qədər yemək verin. Yemədiyinin əvəzinə isə, meyvə və peçenye pürəsi, çay, yediyi yeməyə uyğun olaraq meyvə soku da ola bilər. Bunlar qida rasionundakı boşluğu tamamlayır.

Uşağın göbəyi düşmədən çimdirmək olarmı?

Körpələri yaz aylarında hər gün, mövsüm dəyişən zamanlarda günaşırı, soyuq aylarda isə həftədə 2 dəfə yuyundurmaq normaldır. Həkimlər suyun temperaturu 37 °C olmaqla normal hesab edir. Suyun istilik dərəcəsini isə dirsəklə yoxlamaq olar. Əgər uşağın göbəyi hələ düşməyibsə, onu çimizdirmək olar. Təbii ki, qaynadılmış su ilə. Lakin yaxşı olardı ki, uşağın göbək nahiyyəsinə su keçməməsi üçün iri həcmli plastrlar bağlayasınız. Normalda uşağın göbəyi təxminən 7-14 günə düşür. Göbək baxımı üçün heç bir xüsusi müalicə tələb olunmur. Göbək ətrafının təmiz və quru saxlanılması kifayət edir.

Əmzik istifadə etməsi nə vaxt başlayıb nə vaxt bitməlidir?

Həkimlərin fikrincə, uşaqların əmzik istifadə etməsi xüsusilə yuxu zamanı olduqca faydalıdır. Belə ki, yuxu zamanı körpənin əmzik sorması ölüm sindromu riskini xeyli azaldır. Hətta uşaqların əsəb sisteminin də sakitləşməsinə xidmət edir. Ancaq körpələrin ilk 1-3 ay içərisində əmzik istifadə etməsi, onları ana südündən tez ayrılmasına səbəb ola bilir. Lakin qəti şəkildə 11 aydan sonra uşaqların əmzik istifadəsinə yol verməyin. Bu onlarda dişlərin çıxmasına mane olacaq, ağız boşluğunda dişlərin düzənsiz formada inkişaf etməsinə gətirib çıxaracaq.

Uşağın normal yuxu rejimi üçün nələrə diqqət etmək lazımdır?

Əvvəla bütün valideynlər uşaqları yatırdan zaman ayaqlarına qoyub yelləyirlər, qucaqlarında gəzdirirlər və ya yatana qədər lay-lay deyirlər. Bu tamamilə yanlışdır. Normal yuxu rejimi üçün uşağın yorulana qədər oyuncaqları ilə oynaması kifayətdir. Daha sonra uşağınızı yarı yuxulu vəziyyətdə yatağına qoyub öz-özünə yuxuya getməyə öyrəşdirin. Gecə bəzən uşağın ani hərəkətlərini oyandı zənn edib yenidən beşiyi yelləmək, lay-lay demək olmaz. Ümumiyyətlə, uşağı yatırtmaq üçün əmzdirmək də yanlışdır. Yatdıqdan sonra uşaqların yerini dəyişdirmək düzgün deyil.

Gündüz uşağın çox yatması tövsiyə edilmir. Gecə isə bəzən valideynlər uşağı gec saatlara qədər oyaq saxlayır ki, gecə yuxudan durub onları narahat etməsin. Bu özü də yanlışdır. Uşaqlar axşam yeməyindən 1-2 saat sonar, rejimli şəkildə eyni vaxtda yatmalıdırlar. Uşaq otağının isə mütləq hər gecə 1 saat yatmazdan əvvəl havası dəyişdirilməlidir.

Kenquru və “Xodunok” uşaqlar üçün zərərlidirmi?

Körpələrin 5-6 ayına qədər kenqurudan istifadə olunması normaldır. Lakin gün ərzində uzun müddət kenquruda saxlanmaları onların sümük inkişafına, ayaqlarına ziyandır. Kenqurudan çox istifadə etmək uşaqların yeriməsini gecikdirir. “Xodunok” isə yerimə ərəfəsində olan uşaqlarda istifadə edilir. Lakin bu halda da yaxşı olardı ki, körpələri əllərindən tutub yavaş-yavaş addım atmalarına kömək edəsiniz. Çünki, “Xodunok” uşaqlarda onurğa sümüyünün əyilməsinə, müxtəlif deformasiyalara səbəb olur.

Uşağı hansı dövrdə “qarşoka” öyrətmək lazımdır?

Bəzən valideynlər maddi vəziyyətlərinə görə, uşaqları daha erkən yaşlarından “qarşok”a öyrətməyə çalışırlar. Lakin 18 aydan tez uşaqları buna məcbur etmək lazım deyil. Bu onları stressə salır. Uşaq 2 yaşını tamamladıqdan sonra ona tualeti öyrətmək lazımdır. Çünki, bu yaşdan sonra uşaqlar özlərini tualet mövzusunda ifadə edə bilirlər.

Peyvəndlərin ziyanı varmı? Vurulmazsa, ciddi fəsadlar yaşanarmı?

Peyvəndlər valideynlərin ən çox narahat olduğu mövzulardan biridir. Dünyanın istənilən yerində bu problem var. Vaksinlərin keyfiyyətindən narahatlıq bu problemin əsas səbəblərindən biridir. Ümumiyyətlə, bütün dərmanların yaş faktorundan asılı olmayaraq, insanlarda əks reaksiya verə bilmə ehtimalı var. Lakin əgər peyvəndlərə qarşı orqanizm kəskin reaksiya verirsə, onu ikinci dəfə təkrarlamaq qadağandır. Ciddi fəsadlar (şoka düşmə ehtimalı ən yaxşı halda) verə bilər. Peyvənddən sonra uşaqlarda qızdırma olursa, mütləq həkimə bu barədə məlumat verin.

Oğlan uşaqlarını hansı yaşda sünnət etdirmək lazımdır?

Sünnət edilmək cərrahi prosedur olduğu üçün onu yalnız və yalnız xəstəxana şəraitində etmək lazımdır. Bu əməliyyat üçün ən uyğun vaxt 6-9 aydır. Həkimlər bu ərəfələrdə sünnətin fəsadsız və daha rahat keçirildiyini bildirir. 2-6 yaş arası uşaqlarda cinsi inkişaf prosesləri başladığı üçün bu dönəmlərdə sünnət edilməsi risklidir və tövsiyyə edilmir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri