Icma.az
close
up
RU
USAID, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” ifşa olunub...

USAID, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” ifşa olunub...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Növbə “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” və digərlərinə də çatmalıdır

Bir sıra güc mərkəzlərinin milli dövlətlərə qarşı qərəzli planlar hazırlamaları, rəngli inqilablar yolu ilə qanuni hakimiyyətləri oyuncaq rejimlərlə əvəzləməyə çalışmaları hazırda beynəlxalq münasibətlər sisteminin məyusluq doğuran reallıqlarından biridir. Belə ssenarilərdə adətən “yumşaq güc” alətlərindən - müxtəlif adlar altında formalaşdırlan “beynəlxalq” təsisatlardan, feyk məlumatlar yayan transmilli mediadan, qrantlar müqabilində ələ alınan “beşinci kolon” təmsilçilərindən geniş istifadə olunur.

Azərbaycanda iflasa uğrayan məkrli planlar

Hədəf kimi bir qayda olaraq qətiyyətli siyasi iradəyə sahib olan dövlətlər seçilir. Real müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkəmiz də zaman-zaman belə cəhdlərlə üz-üzə qalıb. Açıq Cəmiyyət İnstitutunun Cənubi Qafqazın hər cəhətdən lider ölkəsi olan Azərbaycanda da layihələri var idi. Qurum ölkəmizdəki ayrı-ayrı marginal qruplara vəsaitlər ayıraraq burada da idarə olunan xaos ssenarilərini reallaşdırmaq istəyirdi. Ancaq dövlətinə, milli maraqlara möhkəm tellərlə bağlı olan Azərbaycan cəmiyyəti Sorosa və onunla eyni sırada yer alan digər azərbaycanafob dairələrə sərt təpki göstərməyi bacarır. Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda sualları cavablandırarkən, əslində, əvvəlki illərdə seçkilərimizə müdaxilənin, necə deyərlər, texnoloji proseslə edilmədiyini diqqətə çatdırıb və Milli Demokratiya İnstitutunun bədnam planının iflasa uğramasından danışıb. Bildirildiyi kimi, məkrli ssenarilərin mexanizmi çox sadə idi. Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarından Azərbaycana pullar göndərilirdi. Paralel şəkildə, Qərb mediasında anti-Azərbaycan təbliğatı aparılırdı. Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrlər, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. Bunu özlərini üzdə bizə dost kimi göstərənlər edirdilər.  Əvvəlki illərdə xaricdən ölkəyə maliyyə axınına tam şəkildə nəzarət edilməməsi səbəbindən Milli Demokratiya İnstitutu kimi bədnam qurumlar respublikamızda hökuməti devirmək planını işə salmağa cəhd göstəriblər. Azərbaycanın müvafiq qurumları bu planın üstünü açmağa müvəffəq oldular. Qısa vaxt ərzində bank hesabından bir milyon ABŞ dollarından çox vəsaitin nağdlaşdırıldığı aşkalandı. Məlum oldu ki, həmin pullar müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində “Molotov kokteylləri”nin hazırlanmasına və digər belə məqsədlərə yönəldilir. Hökumət binalarına, polislərə necə hücum etmək təlimatları hazırlanmışdı. Prezident İlham Əliyev açıq şəkildə vurğulayıb ki, 2005-ci ildə buradakı narıncı inqilab cəhdləri ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu.

İndi bunu etmək daha çətindir. Çünki birincisi, ölkədə maliyyə sisteminə tam nəzarət edilir. İkincisi, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər qeydiyyatdan keçməlidir. Görülən tədbirlərin nəticəsi olaraq pul qaçaqmalçılığının əhatə dairəsi əhəmiyyətli dərəcədə daralıb. Baxmayaraq ki, belə cəhdlərə yenə də rast gəlinir. “Ümidvaram ki, bu bitəcək, çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər”, - deyə Prezident İlham Əliyev bildirib.

Qərəzli təbliğat maşınının ifşa olunmasında daha dərinə getmək lazımdır

İndiyədək ayrı-ayrı ölkələrdə rəngli inqilab ssenarılərinin hazırlanmasında və həyata keçirilməsində həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) xüsusi fəallıq göstərib. Eləcə də bu planlarda “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” kimi media qurumları, “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” kimi “beynəlxalq” təsisatlar da rol alıblar. Həmin təşkilatlardan və media qurumlarından Azərbaycana qarşı da təzyiq aləti kimi istifadə olunub. USAID 1991-ci ildən etibarən respublikamızda müxtəlif adlar altında təqdim olunan layihələrə 450 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Hesabatlarda bu vəsaitin media, qeyri-hökumət təşkilatları və iqtisadi islahatlara dəstək üçün ayrıldığı bildirilsə də, USAID-in respublikamızdakı fəaliyyəti bir qayda olaraq qərəzli məzmun kəsb etməsi ilə fərqlənib və zaman-zaman çirkin əməllər ifşa olunub. Məlumdur ki, Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAID dərhal proseslərə müdaxilə etməyə cəhd göstərdi. Qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi, “Qarabağ hadisələrindən zərər çəkənlərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını bildirdi. O zaman Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” kimi bədnam təşəbbüsü də irəli sürmüşdü.

İş elə gətirdi ki, bəzi milli dövlətlər üçün bir növ qara kabus qismində çıxış edən USAID və digər qurumlar elə ABŞ-ın özündə yeni administrasiya tərəfindən ifşa olundu. “Prezident Trampın başladığı iş çox ümidvericidir, lakin hesab edirəm ki, o, dayanmamalıdır. USAID, əlbəttə ki, bir nəhəngdir, tamamilə korrupsiyaya uğramış bir qurumdur. Bu haqda danışmışam. Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir.  Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq.”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Aprel 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri