Icma.az
close
up
RU
USAID in bağlanması ABŞ ın “müdaxilə siyasəti”nin səmərəsiz olduğunun etirafıdır ŞƏRH

USAID in bağlanması ABŞ ın “müdaxilə siyasəti”nin səmərəsiz olduğunun etirafıdır ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 fevral, AZƏRTAC

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin Prezident Donald Tramp tərəfindən dayandırılıması ciddi hadisədir. Bəlkə də bu qərar bir çoxları üçün gözlənilməz oldu, lakin D.Trampın prezidentliyinin birinci dövründə USAID-in proqramlarına skeptik yanaşmasının şahidi olmuşduq, amma o zaman hakimiyyətə gəlişinin həm kövrək olması, həm də təcrübənin azlığı səbəbindən bu kimi qətiyyətli addımlar ata bilmirdi. Bu dəfə isə prezident seçkilərində inamlı qələbə qazanan D.Tramp göründüyü kimi, daha cəsarətli və qətiyyətli qərarlar qəbul edir. USAID-in bağlanması haqqında verilən qərar da bu qəbildəndir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Azay Quliyev söyləyib.

Deputat deyib: “Vəziyyət o yerə çatıb ki, yeni yaradılan Hökumət Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb və onun "peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin" böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradıb hökuməti aldadaraq pul qazandıqlarını deyib. Etiraf etməliyik ki, USAID haqqında bu cür sərt bəyanatın veriləcəyini heç kim gözləmirdi. İlk dəfədir ki, USAID-in əsl mahiyyəti bu qədər dəqiq və faktlarla ifşa olunur. İlk dəfədir ki, ABŞ admisnitrasiyasi özünün xarici siyasətində USAID kimi təşkilatların səmərəsiz olduğunu etiraf edir. Bu isə o ehtimalı gücləndirir ki, Tramp administrasiyası USAID vasitəsilə dövlətlərin suverenliyinə və siyasi müstəqilliyinə kobud müdaxilədən imtina edəcək, həmin ölkələrin qanuni seçilmiş hakimiyyətini və konstitusion quruluşunu maliyyələşdirdiyi QHT və media vasitəsilə dəyişməyə cəhd göstərməyəcək. Ancaq istənilən halda, Donlad Trampın USAID-in baş qərargahının bağlanması və orada ciddi yoxlamalara başlanılması haqqında qərarı təqdirəlayiqdir. Məlum qərar imkan verəcək ki, orada kök salmış cinayətkar, o cümlədən ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın”.

A.Quliyev vurğulayıb ki, Azərbaycan özünün dövlət suverenliyinə və siyasi müstəqilliyinə qrant proqramları vasitəsilə qanunsuz müdaxilənin qarşısını almaq üçün vaxtında təsirli addımlar atmağı bacardı. Qrant vəsaitindən sui-istifadələrə yol verməmək, hesabatlılığı və şəffaflığı təmin etmək, milli təhlükəsizliyimizə təhdid yarada biləcək layihələrin qarşısını almaq məqsədilə 2012-2015 illərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər müvafiq qanunlarda dəyişiklər edildi və bu sahədəki bütün boşluqlar aradan qaldırıldı.

Sonrakı hadisələr, xüsusilə Gürcüstanın eyni addımlar atmasına, yəni, xarici müdaxilənin qarşısını almasına yönəlik qanunvericilik təşəbbüsünə Bayden administrasiyasının və Avropa İttifaqının sərgilədiyi sərt, qeyri-adekvat siyasət, tətbiq olunan sanksiyalar bir daha sübut etdi ki, bu yardımların və qrantların yeganə məqsədi hakimiyyətləri nəzarətdə saxlamaq və lazım gələndə onlara qarşı təzyiq mexanizmi kimi istifadə etmək olub. Azərbaycan hakimiyyəti isə bunları dəqiq bildiyindən vaxtında çevik və ağıllı hərəkət edərək bütün bu qanunsuzluğun qarşısını aldı. Əgər, bu xarici təsir mexanizmi 2020-ci ildə mövcud olsaydı, o zaman Vətən müharibəsində USAID-in ermənidən daha çox erməni olan direktoru Samanta Pauer kimiləri bu haqq işimizə qarşı daxildə istənilən təxribatı törətməkdən çəkinməzdilər. Azərbaycana daxildən müdaxilə edə bilməyən bu təşkilatlar onun qisasını ölkəmizə qarşı ən çirkin kampaniyaları maliyyəşdirməklə, Ermənistana hər cür maddi və siyasi dəstək verməklə almağa çalışdılar.

“Ümid edək ki, D.Trampın dediyi kimi, "radikal dəlilər tərəfindən idarə olunan" USAID tam təmizlənəcək, orada kök salmış erməni şəbəkəsinin və anti-Azərbaycan qruplaşmanın fəaliyyətinə birdəfəlik son qoyulacaq. Onsuz da Azərbaycan Donald Trampdan daha əvvəl - 2024-cü ilin iyulundan etibarən USIAD-in ölkəmizdəki fəaliyyətini qanunsuz hesab etmişdi və faktiki dayandırmışdı”, - deyə A.Quliyev diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri