Icma.az
close
up
RU
USAİD nin bağlanması ABŞ ın “müdaxilə siyasəti”nin səmərəsiz olduğunun etirafıdı

USAİD nin bağlanması ABŞ ın “müdaxilə siyasəti”nin səmərəsiz olduğunun etirafıdı

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"USAİD, yəni ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinin Prezident Tramp tərəfindən dayandırılıması ciddi hadisədir. Bəlkə, bu qərar bir çoxları üçün göslənilməz oldu, lakin Trampın prezidentliyinin 1-ci dövründə USAİD-nin proqramlarına skeptik yanaşmasının şahidi olmuşduq və o zaman hakimiyyətə gəlişinin həm kövrək olması, həm də təcrübənin azlığı səbəbindən bu kimi qətiyyətli addımlar ata bilmirdi".
 

Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.

O qeyd edib ki, ikinci dəfə prezident seçkilərində inamlı qələbə qazanan Tramp cəsarətli və qətiyyətli qərarlar qəbul edir:

"USAİD-nin bağlanması haqqında verilən qərar da bu qəbildən olan qərarlardandır.

Vəziyyət o yerə çatıb ki, yeni yaradılan “Hökumət Səmərəliliyi Departamenti”nin rəhbəri İlon Mask USAİD-ni cinayətkar təşkilat adlandırıb və onun "peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin" böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradaraq hökuməti aldadaraq pul qazandıqlarını deyib. Etiraf etməliyik ki, USİAD haqqında bu cür sərt bəyanatın veriləcəyini heç kim gözləmirdi. İlk dəfədir ki, USAİD-nin əsl mahiyyəti bu qədər dəqiq və faktlarla ifşa olunur. İlk dəfədir ki, ABŞ admisnitrasiyasi özünün xarici siyasətində USAİD kimi təşkilatların səmərəsiz olduğunu etiraf edir. Bu isə o ehtimalı gücləndirir ki, Tramp administrasiyası USAİD vasitəsilə dövlətlərin suverenliyinə və siyasi müstəqilliyinə kobud müdaxilədən imtina edəcək, həmin ölkələrin qanuni seçilmiş hakimiyyətini və konstitusyon quruluşunu maliyyələşdirdiyi QHT və mətbuat vasitəsilə dəyişməyə cəhd etməyəcək. Təbii ki, bu ehtimalların nə qədər özünü doğruldacağını yaxın aylarda biləcəyik.

Ancaq istənilən halda Trampın USAİD-in baş qərargahının bağlanması və orda ciddi yoxlamalara başlması haqqında qərarı təqdirə layiqdir və bu imkan verəcək ki, burada kök salmış cinayətkar şəbəkə, o cümlədən ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın.

Yaxşı ki, Azərbaycan özünün dövlət suverenliyinə və siyasi müstəqilliyinə qrant proqramları vasitəsilə qanunsuz müdaxilə edilməsinin qarşısını almaq üçün vaxtında təsirli addımlar atmağı bacardı. Qrant vəsaitindən sui-istifadələrə yol verməmək, hesabatlılığı və şəffaflığı təmin etmək, milli təhlükəsizliyimizə təhdid yarada biləcək layihələrin qarşısını almaq məqsədilə 2012-2015 illərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər müvafiq qanunlarda dəyişiklər edildi və bu sahədə olan bütün boşluqlar aradan qaldırıldı.

Sonrakı hadisələr, xüsusilə, Gürcüstanın eyni addımlar atmasına, yəni, xarici müdaxilənin qarşısını almasına yönəlik qanunvericilik təşəbbüsünə Bayden administrasiyasının və Avropa İttifaqının sərgilədiyi sərt və qeyri-adekvat siyasət, tətbiq olunan sanksiyalar bir daha sübut etdi ki, bu yardımların və qrantların tək məqsədi hakimiyyətləri nəzarətdə saxlamaq və lazım gələndə onlara qarşı təzyiq mexanizmi kimi istifadə etmək olub. Dediyim kimi, Azərbaycan hakimiyyəti isə bunları dəqiq bildiyindən vaxtında çevik və ağıllı hərəkət edərək bütün bu qanunsuzluğun qarşısını aldı. Əgər, bu, xarici təsir mexanizmi 2020-ci ildə mövcud olsayıdı, o zaman Vətən müharibəsində USAİD-nin ermənidən daha çox erməni olan direktoru Samanta Pauer kimiləri bu haqq işimizə qarşı daxildə istənilən təxribatı törətməkdən çəkinməzdilər. Zatən, Azərbaycana daxildən müdaxilə edə bilməyən bu təşkilatlar onun qisasını ölkəmizə qarşı ən çirkin kampaniyaları maliyyəşdirməklə, Ermənistana hər cür maddi və siyasi dəstək verməklə almağa çalışdılar.

Ancaq ümid edək ki, Trampın dediyi kimi, "radikal dəlilər tərəfindən idarə olunan" USAİD tam təmizlənəcək və orada kök salmış erməni şəbəkəsi və anti-Azərbaycan qruplaşmasının fəaliyyətinə birdəfəlik son qoyulacaq.

Onsuz da Azərbaycan Trampdan daha əvvəl, 2024-cü ilin iyulundan etibarən USİAD-nin ölkəmizdəki fəaliyyətini qanunsuz hesab etmişdi və faktiki dayandırmışdı".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Fevral 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri