Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

USAID in Gürcüstandakı gizlinləri ifşa edilir

USAID in Gürcüstandakı gizlinləri ifşa edilir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ətrafında qalmaqal böyüyür. Dünyanın ən zəngin adamı İlon Maskın ardınca Prezident Donald Tramp da bu üzdəniraq qurum barədə sərt fikirlərini açıqladı. Ağ evin sahibi açıq şəkildə USAID rəhbərliyini “radikal dəlilər dəstəsi” adlandırdı. Bəli, bu “dəlilər” bütün ölkələri – qonşu Gürcüstanı da uzun illərdir qarışdırmağa çalışırdı.

Üzə çıxan məlumatlar göstərir ki, USAID-in digər ölkələrdə olduğu kimi, Gürcüstanda da bir məqsədi var – dövlət hakimiyyətini özünə tabe etmək, istədiyi gündəmi yerinə yetirmək və zərurət yarandıqda ölkədə daşı-daş üstə qoymamaq. İndi USAID-in hesab vermək vaxtıdır.

USAID cinayətkar təşkilatdır və “onun ölməsinin vaxtıdır”. Bu sözləri İlon Mask özünün “X” profilində yazmışdı. Biznesmen iki USAID rəsmisinin Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamentinin (DOGE) üzvlərinə agentliyin sistemlərinə giriş icazəsi verməkdən imtina etdikdən sonra işdən çıxarıldığı xəbərinə cavab olaraq belə reaksiya göstərdi. Görəsən, USAID başbilənləri dövlət başçısının nümayəndəsinin adamlarını niyə binaya daxil olmağa icazə vermədilər? Cavabı sadədir: bu qurumun rəhbərliyi o qədər özbaşına işləməyə və qərar qəbul etməyə alışıblar ki, zəruri söhbət aparılmasını belə qılıncla qarşılayırlar. Həm də belə reaksiya göstərmələrinin ciddi səbəbləri də var. Uzun illərdir amerikalı vergiödəyicisinin pullarını mənasız və təhlükəli layihələlərə xərcləməklə USAID nəinki “milli maraqların qoruyucusu” kimi özünü göstərməyə çalışdı, hətta ABŞ-ın dünyada imicinin korlanmasına ciddi əsaslar yaratdı.

USAID-in digər ölkələr üzərindən nələr çevirdiyini bütün dünya bilir. Qurum Cənubi Qafqazda da bu siyasətini yeritməyə çalışıb. Ancaq qurumun Gürcüstanda burnunu hər yerə soxmaq istəməsi ikrah hissi doğurur. Artıq heç kəsə sirr deyil ki, Gürcüstanda baş tutmayan inqilab ssenarisində də USAID dəridən-qabıqdan çıxıb, xüsusi rol oynayıb. Rəsmi Tbilisi də son açıqlamalarda bunu rəsmən təsdiqləyib. Məsələn, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili özünün “X” profilində qeyd edib ki, “USAID Gürcüstan–ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib”.

Gürcüstan parlamentinin sədri vurğulayıb ki, şəxsən özü ABŞ Konqresini qəsdən edilmiş bu səhvləri araşdırmağa çağırıb, lakin heç bir nəticə əldə olunmayıb. Parlament sədri, xüsusilə, 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq deyib ki, USAID tərəfindən maliyyələşdirilən ISFED adlı “QHT NDI” proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Ancaq sonradan “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib. Cənab Papuaşvilili, həmçinin əlavə edib ki, USAID -in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb.

Bundan başqa, cənab Papuaşvili bildirib ki, Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT) 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 41 milyon dollardan çox vəsait alıb. “USAID siyasi korrupsiya vasitəsilə Gürcüstanda seçkilərə 41,7 milyon dollar xərcləyib. ABŞ və Gürcüstan əhalisinin nisbətinə görə hesabladıqda, bu, ABŞ-da seçkilərə xaricdən xərclənən 3,78 milyard dollar təşkil edərdi. Ölkələrin ÜDM-ni əsas götürsək, bu müqayisə daha təəccüblü olacaq”, - o Facebook səhifəsində yazıb. Parlamentin sədri Gürcüstanda seçkiləri müntəzəm olaraq pozmağa çalışan təşkilatlara on milyonlarla dolların necə ayrıldığına aydınlıq gətirilməsini tələb edib. “Başqa bir ölkədə seçkilərə 41,7 milyon dollar xərcləyib həmin ölkənin əhalisi qarşısında heç bir məsuliyyət hiss etməmək mümkün deyil”, - Ş.Papuaşvili bildirib.

Eyni zamanda, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Brüssel və Avropanın digər paytaxtlarından Gürcüstana xərclənən hər bir sent yoxlanılmalı və ictimaiyyətə açıqlanmalıdır. Cənab Papuaşvili parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib ki, ABŞ xarici yardımla bağlı şəffaflıq nümunəsi yaratdı, digər donorların fəaliyyətsizliyi qəbuledilməzdir. “ABŞ-ın yeni administrasiyası xarici yardım adı altında daxili siyasətə zərərli müdaxilələrin maliyyələşdirildiyini qəbul etdi. Bu fonda bəzi donorların öz QHT-lərini şəffaflıq barədə qanuna qarşı qaldırması artıq təəccüblü deyil”, - o qeyd edib.

ABŞ-ın indiki rəhbərliyi də USAID -in bu illər ərzində destruktiv fəaliyyət göstərdiyini anlayır. Hətta “yumşaq güc” kimi qələmə verilən USAID -in fəaliyyətinin dayandırılması Ağ evi narahat etmir. Dövlət katibi Mark Rubio “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası USAID -in ləğvinin Çinin beynəlxalq təsir sferasında səylərinin artmasına səbəb olacağından qorxmur. Ağ ev sahibinin agentliyin ləğvinin Çinin xarici yardım proqramlarını maliyyələşdirmək səylərini gücləndirərək “boşluğu doldurmağa” cəhd etməsinə gətirib çıxara biləcəyini soruşduqda Mark Rubio “Xeyr” cavab verərək əlavə edib ki, “Onlar belə bir addım atmırlar”.

Eyni zamanda, ABŞ Dövlət katibi Çinin bu cür səylər göstərəcəyi təqdirdə ABŞ-la “rəqabətə girməli olacağı” fikrini ifadə edib. Onun sözlərinə görə, USAID faktiki olaraq “qlobal xeyriyyə fondu”na çevrilib: “Onlar vergi ödəyicilərinin pullarını götürür və milli maraqlara uyğun olub-olmamasından asılı olmayaraq qlobal xeyriyyəçilik kimi xərcləyirlər”. Dövlət katibinin sözlərinə görə, USAID çox vaxt “müəyyən bir ölkədə ABŞ federal hökumətinin səylərini baltalayır. Onlar daha geniş məsələlər üzrə işləməyə çalışdığımız ölkələrin hökumətlərini narahat edən proqramları dəstəkləyirlər. Onlar tamamilə cavabsızdırlar. Onlar, sadəcə olaraq ABŞ üçün işlədiklərini düşünmürlər”, - deyə dövlət katibi fikrini yekunlaşdırıb.

Göründüyü kimi, Prezident Tramp qara əməllərinə görə USAID-ə qarşı ciddi tədbirlər görmək əzmindədir. Demokratlar Partiyasının üzvləri arasında etiraz fırtınasına səbəb olmasına baxmayaraq Ağ evin sahibi USAID-i nəzarət altına götürür. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı yazılı məlumatda da xüsusi olaraq vurğulanır ki, USAID proqramlarının əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas maraqlarına cavab vermir: “USAID Amerikanın xaricdəki maraqlarını məsuliyyətlə irəli sürmək kimi ilkin məqsədindən çoxdan uzaqlaşıb. İndi aydın olub ki, USAID-in maliyyələşdirməsinin əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas milli maraqları ilə bağlı deyil”.

ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Livit isə USAID-in bəzi proqramlarını təsvir etmək üçün daha sərt ifadələrə yer verib. Bazar ertəsi jurnalistlərə danışan xanım Livit qurumun kəskin etiraza səbəb olan bir neçə proqramını sadalayıb. Mətbuat katibi xüsusən Serbiyada irqi və digər müxtəlifliyi, bərabərliyi və inklüzivliyi genişləndirmək üçün 1,5 milyon dollara başa gələn proqramı, Kolumbiyada 47 min dollar məbləğində maliyyələşdirilən “transgender operası”nın istehsalını və Peruda transgender personajlarını əks etdirən komikslərin buraxılması üçün 32 min dollar ayrıldığını vurğulayıb. “Sizi bilmirəm, amma bir vergi ödəyicisi kimi mən pullarımın bu cür boş şeylərə (etik cəhətdən həmin sözü qeyd edə bilmirik-red.) xərclənməsini istəmirəm. Mən bilirəm ki, Amerika xalqı da bunu istəmir. Prezident Tramp İlon Maska məhz bununla məşğul olmağı tapşırıb. Federal hökumətdə saxtakarlığın, israfçılığın, səlahiyyətdən sui-istifadənin kökünü kəsmək üçün belə bir tapşırıq ona görə verilib”. Xanım Livitin sözlərinə görə, USAID son bir neçə il ərzində bədxərcliyə yol verib və səlahiyyətindən sui-istifadə edib. Mətbuat katibi deyib ki, təşkilatın işində “ağılsız prioritetləri” olub.

Daha sonra Ağ evin mətbuat xidməti məlumat yaydı ki, USAID “Əfqanıstanda misli görünməmiş tiryək becərilməsi və heroin istehsalını dəstəkləmək” üçün “yüz milyonlarla dollar” xərcləyib. Eyni zamanda, qurumun “Əl-Qaidə terror qruplaşması ilə əlaqəli olan Suriyadakı yaraqlılar üçün qida alınmasına “yüz minlərlə dollar” vəsait ayırması da vurğulanıb. Ağ evin press-relizində daha sonra yazılır: “USAID onilliklər ərzində vergi ödəyicilərinə cavabdeh olmayıb, ABŞ hökumətinin bu quruluşundakı bürokratların faktiki olaraq şəxsi layihələri ilə məşğul olub”.

Necə deyərlər, indiki hökumət də birmənalı şəkildə bildirir ki, USAID daha çox məqsədəuyğun olmayan istiqamətlərdə fəaliyyət göstərib. İndi, necə deyərlər, ilk növbədə amerikalı vergiödəyiciləri qarşısında hesab vermək vaxtıdır.

S.ELAY
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri