Icma.az
close
up
RU
USAID ləğv edilir? Mask ELAN ETDİ

USAID ləğv edilir? Mask ELAN ETDİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın komandasında yer alan İlon Mask Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinin başladığını bildirib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, proses artıq başlayıb, təşkilatı bərpa etmək mümkün deyil.

"USAID qurdlu alma deyil, sadəcə qurd topasıdır. Alma yoxdur, ona görə də hər şeydən qurtulmaq lazımdır”, - Mask qeyd edib.

***

08:36

ABŞ-nin yeni prezidenti Donald Tramp bütün xarici yardımların dayandırılmasından sonra Beynəlxalq İnkişaf Agentliyinin (USAID) onlarla əməkdaşını inzibati məzuniyyətə göndərib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" qərarla tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, agentliyin Qanunvericilik və İctimaiyyətlə Əlaqələr Bürosunun 30-a yaxın əməkdaşının qəfildən elektron poçtlarına girişi qadağan edilib və bununla da son bir həftə ərzində məzuniyyətə göndərilən USAID əməkdaşlarının ümumi sayı 100-ə çatıb.

Mənbələrdən biri bildirib ki, agentliyin təhlükəsizlik əməliyyatlarına nəzarət edən iki yüksək vəzifəli məmur da məxfi sənədləri İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşlarına verməkdən imtina etdikdən sonra inzibati məzuniyyətə göndərilib.

Məsələ ilə tanış olan beş mənbə Trampın aparat rəhbəri vəzifəsinə təyin edilən Mett Hopsonın da istefa verdiyini bildirib. Konqresdəki mənbə bildirib ki, onun istefası təhlükəsizlik işçilərinin işdən çıxarılmasından sonra baş verib.

Təmizləmə USAID-də bir həftədən çox davam edən xaosdan sonra baş verdi. USAID Vaşinqtonun bütün dünyada milyardlarla dollarlıq humanitar yardımı maliyyələşdirən əsas agentliyidir.

Prezident Donald Tramp ABŞ-ın demək olar ki, bütün xarici yardımlarının dondurulmasına göstəriş verib və onun administrasiyasının pulun “Öncə Amerika” xarici siyasətinə uyğun bölüşdürülməsini təmin etmək üçün xərcləri nəzərdən keçirəcəyini deyib.

İlon Mask isə ötən gün ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar təşkilat adlandırıb. Ötən gündən etibarən təşkilatın saytına da girmək mümkün olmayıb.

Qeyd edək ki, USAID bir çox ölkənin daxili işlərinə qarışmaqda ittiham olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri