Icma.az
close
up
RU
Tramp USAID ə savaş ELAN ETDİ

Tramp USAID ə savaş ELAN ETDİ

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin yeni prezidenti Donald Tramp bütün xarici yardımların dayandırılmasından sonra Beynəlxalq İnkişaf Agentliyinin (USAID) onlarla əməkdaşını inzibati məzuniyyətə göndərib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" qərarla tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, agentliyin Qanunvericilik və İctimaiyyətlə Əlaqələr Bürosunun 30-a yaxın əməkdaşının qəfildən elektron poçtlarına girişi qadağan edilib və bununla da son bir həftə ərzində məzuniyyətə göndərilən USAID əməkdaşlarının ümumi sayı 100-ə çatıb.

Mənbələrdən biri bildirib ki, agentliyin təhlükəsizlik əməliyyatlarına nəzarət edən iki yüksək vəzifəli məmur da məxfi sənədləri İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşlarına verməkdən imtina etdikdən sonra inzibati məzuniyyətə göndərilib.

Məsələ ilə tanış olan beş mənbə Trampın aparat rəhbəri vəzifəsinə təyin edilən Mett Hopsonın da istefa verdiyini bildirib. Konqresdəki mənbə bildirib ki, onun istefası təhlükəsizlik işçilərinin işdən çıxarılmasından sonra baş verib.

Təmizləmə USAID-də bir həftədən çox davam edən xaosdan sonra baş verdi. USAID Vaşinqtonun bütün dünyada milyardlarla dollarlıq humanitar yardımı maliyyələşdirən əsas agentliyidir.

Prezident Donald Tramp ABŞ-ın demək olar ki, bütün xarici yardımlarının dondurulmasına göstəriş verib və onun administrasiyasının pulun “Öncə Amerika” xarici siyasətinə uyğun bölüşdürülməsini təmin etmək üçün xərcləri nəzərdən keçirəcəyini deyib.

İlon Mask isə ötən gün ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar təşkilat adlandırıb. Ötən gündən etibarən təşkilatın saytına da girmək mümkün olmayıb.

Qeyd edək ki, USAID bir çox ölkənin daxili işlərinə qarışmaqda ittiham olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see490

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see398

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see305

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see270

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see261

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see229

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see220

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see213

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see206

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see193

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see189

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see185

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see185

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see182

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see181

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see180

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see173

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see166

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see162

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri