Icma.az
close
up
RU
USAID xaos yaradan media orqanları və QHT lərin əsas sponsorudur RƏY

USAID xaos yaradan media orqanları və QHT lərin əsas sponsorudur RƏY

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Prezident Donald Trampın ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırması gözlənilən idi. Çünki D.Trampın prezidentliyinin birinci dövründə bu təşkilatla bağlı mövqeyi nikbin deyildi.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

"Tramp həmişə təşkilatın xərclərinin ABŞ-nin maraqlarına cavab vermədiyi qənaətində olub. Bu dəfə isə artıq açıq və sərt şəkildə "radikal dəlilər tərəfindən idarə olunan" USAID-in cinayətkar təşkilat olduğu təsdiqini tapır. Tramp USAİD-i ölkə büdcəsindən əsassız olaraq böyük məbləğdə pul “yeyən” struktur hesab edir".

Deputat qeyd edib ki, hazırda USAID-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur:

"Agentliyin düzgün icra olunmayan və ya gözlənilən nəticəni verməyən müqavilələrinin ləğvindən əldə edilən qənaət 110 milyon dollara çatıb. Bağlanan proqramlar arasında mediaya, jurnalistlərə və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi də daxildir. Demokratlar Partiyası haqqında bir neçə müsbət məqaləyə görə “Politico”ya 8 milyon dolların ödənməsi vergi ödəyiciləri hesabına edilən və ABŞ-nin yeni hakimiyyəti tərəfindən qəzəblə qarşılanan investisiyanın tərkib hissəsidir. Geniş mənada söhbət siyasi proseslərə, o cümlədən müxtəlif səviyyələrdə seçkilərə, vətəndaş cəmiyyəti institutlarına qrantların paylanması yolu ilə təsir etmək cəhdlərindən gedir".

K.Nurullayeva COP29 dövründə beynəlxalq mediada Azərbaycana qarşı aparılan çirkin kampaniyaların da arxasında USAID-in dayandığını deyib:

"Araşdırmalar göstərir ki, USAİD 707 media, 6 min 200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsində, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanıb".

Deputat sözügedən qurumun fəaliyyətinin dayandırılmasının iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması kimi qiymətləndirib:

"USAID fəaliyyəti dövründə heç vaxt ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə cavab verməyib. Təşkilat, ölkələr daxilində xaos yaradan media orqanları və QHT-lərin əsas sponsoru olub. Bu cinayətkar təşkilat Əfqanıstanda narkotik istehsalına, eyni zamanda “Əl-Qaidə” təşkilatına dəstək verməkdə də ittiham olunur. Bu qurumun fəaliyyətinin dayandırılması iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://report.az
archiveBu xəbər 08 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri