Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

USAID in “media və QHT ovu”nun cinayətkar izləri

USAID in “media və QHT ovu”nun cinayətkar izləri

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ağ evin yeni rəhbərliyi bu ləkəni təmizləməyə çalışır

Əvvəlcə onu xatırladaq ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi adlandırılan bu qurum  Amerika Birləşmiş Ştatları hökumətinin müstəqil agentliyi kimi fəaliyyət göstərib. Əsas məqsədi  mülki xarici yardımın tənzimlənməsi  və inkişaf etməkdə olan ölkələrə köməyin idarə edilməsi idi. 

27 milyard dollardan çox büdcəsi olan  USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biri kimi ABŞ-ın bütün xarici yardımının yarısından çoxunu təşkil edirdi. 

Bildirilir ki,  Konqres 1961-ci il sentyabrın 4-də  ABŞ-ın xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı idarə etmək üçün bir agentliyin yaradılmasını tələb edən Xarici Yardım Aktını qəbul etmişdi. Sonradan bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con Kennedinin sərəncamı ilə USAID yaradılmışdı. Bu qurum  ABŞ-ın əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ilk xarici yardım təşkilatı idi.

Göründüyü kimi, pis məramla yaradılmamışdı. Ancaq zaman keçdikcə bu qurum nəinki “əməkdaşlıq etdiyi”  ölkələrdə çox ciddi fəsadlar yaratmış, hətta təmsil etdiyi dövlətin də üz qarasına çevrilmişdi. 

Fikrimizi dünya mediasının yaydığı bir neçə materialdan seçdiyimiz faktlarla əsaslandıraq. Məsələn, Qazaxıstan mətbuatı ölkə rəsmilərinə istinadən yazır ki, bu ölkədə cəmi 2 təmsilçisi olan, üstəlik, heç yerdə rəsmi qeydiyyatdan keçməyən feminist təşkilat qısa müddətdə USAID-dən 3 milyon dollara yaxın vəsait almışdır. Sual yaranır: “Xeyir ola, küçədən pul tapmısınız  ki, cəmi 2 qadına milyonlarla dollar “yardım edirsiniz?”

Bu sualın cavabını başqa bir materialda tapırıq. Belə ki, ABŞ xarici siyasətinin tənqidçisi, jurnalist Uilyam Blum  bir neçə il əvvəl bəyan etmişdi  ki, 1960-cı illərdə və 1970-ci illərin əvvəllərində USAID “Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqə saxlayıb və agentliyin rəsmiləri çox vaxt xaricdə USAID-in pərdəsi altında fəaliyyət göstəriblər”. 1960-cı illərdə USAID-in indi dağılmış bölməsi olan İctimai Təhlükəsizlik İdarəsi buna misal olaraq xatırlanır. O, xarici ölkələrdə polisə  etirazçılarla mübarizə üsulları (o cümlədən işgəncə üsulları) üzrə təlim keçmək üçün cəbhə rolunu oynamışdır.

Yaxud Azərbaycan mətbuatında 11 il əvvəl verilmiş başqa bir materialın sərlövhəsinə diqqət yetirin: “USAID Azərbaycandakı fəaliyyətini qeyri-şəffaf və gizli əsaslarda qurur”. Həmin yazıda bildirilirdi ki,  USAID layihələrinin  icrasında gizliliyin səbəbi bu qurumun fəaliyyətinin ölkənin qanunlarını pozması, dövlətçiliyə, milli maraqlara qarşı yönəlməsi ilə izah oluna bilər: “Bu yaxınlarda (söhbət 2014-cü ilin iyul ayından gedir) ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanda müstəqil medianın inkişafı üçün olduqca böyük həcmdə  –  2,4 milyon ABŞ dolları məbləğində qrant elan edib. Bununla bağlı mətbuatda yayılan məlumatlarda elanın müddətinin çox qısa olduğu, yəni bu ilin 30 iyun  –  7 iyul tarixlərini əhatə etdiyi bildirilir”.

Xüsusilə diqqətçəkən məqamlardan biri də odur ki,  layihədə iştirak üçün müraciətlərə faktiki olaraq cəmi bir həftə vaxtın ayrılması bir çox potensial iştirakçıların layihədən kənarda qalması deməkdir. Çünki ayrılan müddət ərzində belə böyük qrant layihəsi üçün tələblərə cavab verən, normal layihənin hazırlanması mümkün deyil. Yəni həmin elan əvvəlcədən seçdikləri QHT-lərin “qalib gəlməsinə” hesablanmış,  sırf riyakar xarakterli sənəd idi. 

Son zamanların məlumatlarına görə isə, 2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Bir daha sual yaranır: Xeyir ola? Siz dünya ölkələrini bu qədər sevirsinizmi?  Hələ bu harasıdır? Bildirilir ki, son 9 ildə  USAID xətti ilə 335 milyard dollar vəsait xərclənib. 335 milyard dollar az vəsait deyil. Ancaq bu vəsaitin xərclənməsindən hansı kasıb ölkə, hansı ehtiyac içərisində yaşayan xalq səmərə görüb? Heç bir ölkə, heç bir xalq. Bu qəbildən olan cavabsız suallar bir deyil, beş deyil. Sayını bilən yoxdur. 

Amma sayı bilinən çox məqamlar var. Məsələn, məlumdur ki, dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAID, guya, ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsil, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu güclü vasitədən təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib. 

Ancaq bu, o demək deyil ki, biz USAID-in fəaliyyətini tənqid etməklə Ağ ev rəhbərliyinə hansısa irad tutmaq fikrindəyik. Qətiyyən belə deyil.  Çünki Ağ ev rəhbərliyi özü də son zamanlar USAID-in fəaliyyətindən şikayətçi olan dünya ictimaiyyətinin mövqeyindən çıxış edir. Bu ölkənin yeni prezidenti Donald Tramp və onun əsas silahdaşlarından olan İlon Maskın USAID-lə bağlı açıqlamaları dünyanın, demək olar ki, bütün ölkələrində alqışlanır.  Məlum olduğu kimi, cənab Tramp USAID-i “görünməmiş miqyasda korrupsiyada” ittiham edib, Mask isə USAID-in “cinayətkar təşkilat” olduğunu söyləyib və  bildirib ki, bu qurumun “ölməyinin vaxtıdır”.

Ekspertlər yazırlar ki,  qurumun  cinayətkar fəaliyyətinin qalereyası  “Əl-Qaidə” təşkilatı ilə əməkdaşlıq, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myüzikli, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi, Qvatemalada cinsin dəyişdirilməsi, LGBT fəallığı və digər proqramlarla zənginləşdirilmişdir. 

Dünya mətbuatı USAID-in ifşası zamanı üzə çıxan faktların bəzilərini artıq ictimailəşdirib. Bildirilir ki, bu korrupsiyalaşmış qurumun  dünya üzrə maliyyələşdirdiyi nüfuzlu media vasitələri sırasında “The New York Times” (2024-cü ildə 3,1 milyon dollar ayrılıb), “Politico” (8 milyon dollar), “Associated Press” (19 milyon dollar), BBC (2,6 milyon funtsterlinq), “Reuters” (9 milyon dollar), “Frans-Press” (447 min dollar) kimi nüfuzlu xəbər mənbələri də var. Elə isə biz həmin xəbər mənbələrinə necə inanmalıyıq? 

Yeri gəlmişkən, həmin mətbuat vasitələrinin hamısı uzun illər boyu  Azərbaycana və bizimlə eyni vaxtda müstəqillik əldə etmiş ölkələrə  “azad mətbuat”, “söz azadlığı” adıyla dərs keçməyə çalışıblar. Halbuki, önların özləri korrupsiyalaşmış bir qurumun əlində alətə çevriliblərmiş. 

Fikrimizcə, əsas fəaliyyəti ölkələrdə media vasitələrini  ələ almaq, bu alınmadıqda, özünün “müstəqil media”larını yaratmaq (Meydan TV, “Abzaz”, Toplum TV və s.), nəzarətində olan media vasitələrini  “yeganə müstəqil media” kimi təqdim etmək və qanunsuz fəaliyyətə qarşı dövlət sanksiyalarını “söz azadlığı və müstəqil mətbuatın boğulması” kimi qələmə verməkdən ibarət olan bu qurumun məhz Ağ evdə cinayətkar adlandırılması beynəlxalq ictimaiyyətin Tramp administrasiyasına olan inam və etimadını artırır. 

Hamı görəcək ki, USAID-in Cənubi Qafqazdakı  fəaliyyəti – Azərbaycana qarşı böhtan və şantaj, Ermənistanda hakimiyyətə yaxın təşkilatların maliyyələşdirilməsi, Gürcüstanda hakimiyyətə təzyiq və lazım gəlsə, çevriliş edə biləcək qüvvələrin təşkilatlanması və maliyyələşdirilməsi sırf qərəz, məkr, xəyanət və ən başlıcası cinayət əməlidir. 

Onların Azərbaycan  rəhbərliyini hədəfə alması isə sırasında 120 dövlətin olduğu Qoşulmama Hərəkatının fəaliyyətinə kölgə salmaq kimi qiymətləndirilməlidir. Təbii ki, buna nail ola bilmirdilər. Bu danılmaz ifşadan sonra USAID-in bəraət qazanması  mümkün deyil. 

İttifaq MİRZƏBƏYLİ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri