Icma.az
close
up
RU
Uşaq Evindəki qalmaqalla tanınan Məhəmməd həbs edildi 10 il

Uşaq Evindəki qalmaqalla tanınan Məhəmməd həbs edildi 10 il

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda 3 saylı Uşaq Evindəki qalmaqalla tanınan 2006-cı il təvəllüdlü Məhəmməd Hacıyev həbs edilib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, adıçəkilən uşaq evində böyüyən və sonradan 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilən M.Hacıyev 13 yaşlı oğlana qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib.

İttihama görə, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq Evində olarkən 2012-ci il təvəllüdlü oğlana zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib.

M.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq başa çatdırıldıqdan sonra iş məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən Məhəmməd Hacıyev ittihamları qəbul etməyib və 3 saylı Uşaq Evində baş verən neqativ hallar barədə açıqlamalar verdiyi üçün şərləndiyini deyib. O, ittihamlardan xəbərsiz olduğunu bildirib.

Prosesdə zərərçəkmiş qismində ifadə verən yeniyetmə oğlan isə M.Hacıyev tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

Şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Məhəmməd Hacıyev 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Məhəmməd Eldəniz oğlu Hacıyev valideyn himayəsindən məhrum olduğu və ögey qardaşı tərəfindən küçəyə atıldığı üçün Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq Evinə yerləşdirilib və orada böyüyüb.

O, 4-cü sinfə qədər Bakı şəhərindəki 29 saylı tam orta məktəbdə fərdi təhsil alıb. Valideynlərini itirdikdən sonra 4-cü sinfi bitirib, məktəbdən çıxıb və 3 saylı Uşaq Evinə yerləşdirilib. Orada qalan M.Hacıyev müəssisədəki təminatdan şikayət edib. Daha sonra o, Uşaq Evinin rəhbərliyinin müraciəti əsasında Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bir müddətdən sonra isə M.Hacıyev xəstəxanadan evə buraxılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri