Icma.az
close
up
RU
Uşaq evinin qotur rəhbərliyi 8 uşağa qotur salıb

Uşaq evinin qotur rəhbərliyi 8 uşağa qotur salıb

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qotur müalicəsində kremlə yanaşı ciddi gigiyena çox vacibdir"



  3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur.

Bu uşaq evindən 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilib.

  Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

  Uşaqlar arasında bəzi dəri-zöhrəvi xəstəliklərin rastgəlmə tezliyinin artdığını "Sherg.az"a bildirən dermatoveneroloq Emil Əlizadə əsasən psoriaz, vitiligo, allergik dermatitlər, qoturluq, göbələk və bir sıra yoluxucu dəri xəstəliklərini sadalayıb. Onun sözlərinə görə, uşaqların dərisi böyüklərin dərisinə nisbətən daha həssas olduğu üçün beləliklə fərqli müalicə üsulları tələb edir. 


  Xəstəliklə bağlı tövsiyələrini bölüşən dermatoveneroloq deyib ki, qotur müalicəsində kremlə yanaşı ciddi gigiyena çox vacibdir:

“Qotur dərinin parazitar xəstəliyidir.Qaşınmalı qotur mikroskopik gənələr tərəfindən törədilir. Bu ümumi dəri probleminə bütün dünyada rast gəlinir və bütün canlılara aiddir. Çox vaxt qoturluq xəstəliyini neyrodermit, ekzema, kontakt dermatit, psoriaz xəstəlikləri ilə səhv salırlar. Qoturluğa yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yatağından istifadə etdikdə baş verir. Qoturluq insanların çox toplandığı yerlərdə, insanların bir-birilə təmasda olduğu məkanlarda sürətlə yayılır. Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə keçə bilər”.

  Həkimin sözlərinə görə, qoturluğa yoluxmuş insanda simptomlar 1-6 həftədən sonra başlaya bilər. İlk simptomlardan biri qaşınmadır: “Qaşınma əsasən axşam saatlarında intensivləşir və ilkin mərhələdə dəridə qoturluq yolları gözə çarpmağa başlayır və 4-6 həftə ərzində bədənin bütün nahiyələrinə yayılır. Qoturluq yolu tünd qara rəngdə olur və uzunluğu 0,5-1 sm-ə qədər olur. Qoturluq yolunun səthində 2 qara nöqtə görünür – gənənin girdiyi və çıxdığı yer. Qoturluq ən çox əl barmaqlarının arasında, büküklərdə, dirsəkdə, bilək nahiyəsində, sarğıda olur. Qoturluq çox vaxt piodermiya xəstəliyi ilə fəsadlaşır, çünki qaşınma zamanı dırnaq sıyrıntıları dərinin tamlığını pozur və irin törədən mikrobların orqanizmə keçməsi üçün şərait yaranır.

  Diaqnoz adətən həkimin səpgilərə baxmasından sonra qoyulur. Mikroskopik olaraq gənə və yumurtaları və konkrementlər tapılır. Əgər mikroskopik və biopsiyanın nəticəsi mənfidirsə, bu, diaqnozu tamamən inkar etmir. Adətən, yoluxmuş orqanizmdə 10 dənədən çox varsa, qızdırma da ola bilər. Bu da infeksiyanı üzə çıxarmağı asanlaşdırır. Qoturluq xəstəliyinin müalicəsi var. Nə qədər tez aşkar olunarsa, o qədər də tez müalicə effektini almaq olar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri