Icma.az
close
up
RU
DİQQƏT: Bakıda qotur yayılıb

DİQQƏT: Bakıda qotur yayılıb

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkələrdə 3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığına dair məlumat verilib. Bu xəbər ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.

Maraqlıdır, qotur xəstəliyi hansı səbəbdən yaranır? Ümumiyyətlə, bu xəstəlik yoluxucudurmu?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, qoturluq gənəliklə yayılan bir xəstəlikdir. Onun sözlərinə görə, bu xəstəlik yoluxucu olur:

“Gənə dəriyə daxil olan zaman bədənin müəyyən hissələrində yara əmələ gəlir. Xüsusilə dirsək, əllər, ayaqların qatlanacaq hissələrində yaranır və başqa hissələrə keçir. Bunlar qaşınma, allergik reaksiyalar törədir. Ümumiyyətlə, qotur xəstəliyi yoluxucudur”.

A.Qeybulla deyib ki, belə xəstəliklər epidemioloji, sanitar vəziyyətin pis olduğu yerlərdə daha çox yayılır:

“Təəssüf ki, qotur xəstəliyi xəstəxanada qeydə alınıb. Bunun orada qeydə alınması çox neqativ hadisədir. Bu o deməkdir ki, ya xəstəxanalarda sanitariya işləri qaydasında olmayıb, ya da xəstə birbaşa ora elə daxil olub. Yəni kənardan xəstə daxil olduqdan sonra qoturu yerində aşkar ediblər”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatda 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər”.

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri