Icma.az
close
up
RU
Uşaq hüquqlarının müdafiəsi DİN in diqqət mərkəzindədir

Uşaq hüquqlarının müdafiəsi DİN in diqqət mərkəzindədir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın 30-da Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Uşaq hüquqlarının müdafiəsində inkişaf və strateji əməkdaşlıq” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər. Toplantıda uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il tarixli sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”-nın uğurla icra olunduğu vurğulanıb.

Daxili İşlər Nazirliyi tərəfindən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilə biləcək cinayətlərin, inzibati xətaların, eləcə də uşaqlara qarşı baş verən hüquqpozmaların qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən kompleks tədbirlərin görüldüyü, uzunmüddətli proqramların qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışçılar nazirliyin “102” Xidməti-zəng mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlərin, “E-polis” mobil tətbiqi və DİN-in sosial şəbəkə hesablarının cinayətlərin, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıq əməllərinin qarşısının vaxtında alınmasına, operativ tədbirlərin görülməsinə xidmət etdiyini və ötən dövr ərzində bu istiqamətdə effektiv nəticələrin əldə olduğunu bildiriblər.  

Qeyd olunub ki, vətəndaşların müraciət etmələrinin asanlaşdırılması, baş verə biləcək hadisələrə çevik müdaxilə edilməsi məqsədilə polis sahə rəisləri və yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar tərəfindən vətəndaşlara vizit kartlar paylanılır, sığınacaq və sosial reabilitasiya mərkəzlərinə ərazi polis orqanlarının növbətçi hissələrinin əlaqə nömrələri verilir.

Daxili İşlər Nazirliyi tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətdə fəaliyyətin məqsədyönlü təşkili, o cümlədən işin aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə koordinasiyalı qurulması, ictimaiyyətlə polis orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, davamlı məlumat mübadiləsinin aparılması daim diqqətdə saxlanılır.

Maarifləndirmə tədbirləri çərçivəsində mütəmadi olaraq yerli icra hakimiyyətləri yanında komissiyaların üzvləri, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, həmçinin psixoloq və narkoloq həkimlərin iştirakı ilə orta məktəblərdə yuxarı sinif şagirdləri və onların valideynləri ilə görüşlər, yığıncaqlar, dəyirmi masalar təşkil edilir.

Sonda konfrans iştirakçıları fikir mübadiləsi aparıblar, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri