Icma.az
close
up
RU
DİN uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən kompleks tədbirləri davam etdirir

DİN uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən kompleks tədbirləri davam etdirir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Uşaq hüquqlarının müdafiəsində inkişaf və strateji əməkdaşlıq” mövzusunda elmi-praktiki konfrans keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər.

Konfransda uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il tarixli Sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın uğurla icra olunduğu vurğulanıb.

DİN tərəfindən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilə biləcək cinayətlərin, inzibati xətaların, eləcə də uşaqlara qarşı baş verən hüquqpozmaların qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən kompleks tədbirlərin görüldüyü, uzunmüddətli proqramların qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışçılar nazirliyin “102” Xidməti-zəng mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlərin, “E-polis” mobil tətbiqi və DİN-in sosial şəbəkə hesablarının cinayətlərin, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıq əməllərinin qarşısının vaxtında alınmasına, operativ tədbirlərin görülməsinə xidmət etdiyini və ötən dövr ərzində bu istiqamətdə effektiv nəticələrin əldə olduğunu bildiriblər.

Vurğulanıb ki, vətəndaşların müraciət etmələrinin asanlaşdırılması, baş verə biləcək hadisələrə çevik müdaxilə olunması məqsədilə polis sahə rəisləri və yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar tərəfindən vətəndaşlara vizit kartlar paylanılır, sığınacaq və sosial reabilitasiya mərkəzlərinə ərazi polis orqanlarının növbətçi hissələrinin əlaqə nömrələri verilir.

DİN tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətin məqsədyönlü təşkili, o cümlədən işin aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə koordinasiyalı qurulması, ictimaiyyətlə polis orqanları arasında əlaqələrin möhkəmləndirilməsi, davamlı məlumat mübadiləsinin aparılması daim diqqətdə saxlanılır.

Maarifləndirmə tədbirləri çərçivəsində mütəmadi olaraq yerli icra hakimiyyətləri yanında komissiyaların üzvləri, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, həmçinin psixoloq və narkoloq həkimlərin iştirakı ilə orta məktəblərdə yuxarı sinif şagirdləri və onların valideynləri ilə görüşlər, yığıncaqlar, dəyirmi masalar təşkil olunur.

Sonda konfrans iştirakçıları fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri