Icma.az
close
up
RU
Uşaq inkişafında ən kritik yaş dövrləri Pediatr AÇIQLADI

Uşaq inkişafında ən kritik yaş dövrləri Pediatr AÇIQLADI

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uşaqların sağlam böyüməsi və düzgün inkişafı ailə, cəmiyyət və gələcək üçün böyük əhəmiyyət daşıyır.

Valideynlər uşaqlarının sağlam böyüməsi üçün ən çox hansı yaş dövründə onlara xüsusi diqqət göstərməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-pediatr Nigar Bayramova bildirdi ki, 0–2 yaş dövrü uşaqlarda güvənli bağlanmanın formalaşması dövrüdür və beynin də ən sürətli sinaptik bağlantılar əmələ gətirdiyi bir mərhələdirmərhələdir:

"Digər tərəfdən, bu dövr uşaq orqanizminin fiziki cəhətdən də çox sürətli böyümə və inkişaf göstərdiyi mərhələdir. Etibarlı bağlanmanın təməlləri məhz bu dövrdə atıldığı üçün valideynlərin xüsusilə diqqətli olması vacibdir. Yəni, nələrin qarşısı alınmalıdır? Duyğusal laqeydlik, bağlanma problemləri, eləcə də irəli yaşlarda görülə biləcək özünə inam və sosial çətinliklərin yaranmaması üçün valideynlər pediatr və uşaq inkişafı mütəxəssislərindən bu yaş dövrünə uyğun davranış qaydaları ilə bağlı dəstək almalıdır.

Bu yaşda fiziki inkişaf da çox sürətlidir. Ona görə uşaqların qidalanması düzgün təşkil olunmalı, xüsusən dəmir və D vitamini kimi vacib elementlərə olan tələbatları təmin edilməlidir".

Pediatr daha sonra 3–6 yaş dövrünün önəmindən danışdı:

"Bu yaş dövrü niyə önəmlidir? Çünki bu mərhələdə uşaqlarda xarakterin bünövrəsi formalaşır, emosional zəka isə sürətlə inkişaf edir. Uşaqlar bu yaşda çox sual verir, xəyal gücü artır və oyun vasitəsilə öyrənmə qabiliyyətləri maksimum həddə çatır. Bu dövrdə insanın qarşısındakını anlama, mərhəmət, vicdan kimi duyğularının əsası qoyulur. Ona görə də qaydaların öyrədilməsi, sərhədlərin qoyulması, müstəqillik anlayışının formalaşması və disiplinin yaradılması baxımından 3–6 yaş dövrü xüsusi əhəmiyyət daşıyır. Bu mərhələdə uşaqların həm intellektual, həm də nitq inkişafı aktiv şəkildə gedir və uşaq artıq "mən kiməm?" sualına cavab axtarmağa başlayır. Valideynlərin bu dövrdə də mütəxəssislərlə məsləhətləşməsi, uyğun oyunlar və oyuncaqlar seçmələri vacibdir".

Həkimin sözlərinə görə, 7–12 yaş dövründə isə məktəbəqədər və erkən məktəb dövrü hesab olunur:

"Bu dövr akademik və sosial inkişaf baxımından əhəmiyyətlidir. Uşaq artıq məktəblə, dostlarla, yeni mühitlə tanış olur. Uğur anlayışı, qaydalara əməl etmə və dəyərlərin formalaşması bu yaşlarda baş verir".

Nigar Bayramova daha sonra qeyd etdi ki, 12–18 yaş dövrü yeniyetməlik mərhələsidir:

"Bu dövr şəxsiyyət böhranı, ədalət anlayışı, müstəqillik mübarizələri və zehni analizlərin artdığı bir mərhələdir. Yenə "mən kiməm?" sualının ən güclü şəkildə ortaya çıxdığı dövrdür. Yeniyetmələr bu yaşda cəmiyyətdəki rollarını, öz mövqelərini axtarırlar".

Pediatr bildirdi ki, əgər xülasə edəcək olsaq, bu qədər yaş mərhələləri içində ən vacibi ilk 6 ildir.

"Biz bu dövrə erkən yaş dövrləri deyirik. Xüsusilə də ilk 3 yaş. Çünki beynin inkişafının 80%-i bu dövrdə baş verir. Bu səbəbdən də bu mərhələ həm erkən fürsətlər dövrü, həm də kritik yaş dövrləri hesab olunur. Uşaqların emosional, sosial və intellektual bacarıqlarının təməli məhz bu dövrdə qoyulur", - deyə Nigar Bayramova bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri