Icma.az
close
up
RU
Bir uşaq həkimi olaraq valideynlərə tövsiyəm odur ki,... PEDİATR AÇIQLADI

Bir uşaq həkimi olaraq valideynlərə tövsiyəm odur ki,... PEDİATR AÇIQLADI

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Uşaqlarda peyvəndlənmənin əhəmiyyəti danılmaz dərəcədə böyükdür. Peyvəndlər uşaqların sağlam inkişafının təmin olunmasında, müxtəlif yoluxucu xəstəliklərdən qorunmasında ən təsirli vasitələrdən biridir. İlk növbədə qeyd etmək lazımdır ki, uşaqların immun sistemi tam formalaşmadığı üçün onlar bir çox xəstəliklərə qarşı həssas olurlar". Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Təranə Marufova deyib.

Onun sözlərinə görə, məhz peyvəndlər vasitəsilə bu zəif immun sistem gücləndirilir və uşaqlar həyati təhlükəsi ola biləcək xəstəliklərə qarşı qorunur: "Tarixi faktlar da bunu sübut edir. Əgər peyvənd proqramları tətbiq olunmasaydı, bu gün hələ də difteriya, qızılca, poliomielit, boğmaca kimi xəstəliklər geniş yayılmış olardı. Peyvəndlər yalnız bir uşağı yox, həm də bütövlükdə cəmiyyəti qoruyur. Çünki kollektiv immunitet deyilən bir anlayış mövcuddur: əgər cəmiyyətdə insanların böyük əksəriyyəti peyvənd olunursa, yoluxucu xəstəliklərin yayılması minimuma enir və peyvənd oluna bilməyən körpələr və ya immun sistemi zəif olan uşaqlar da dolayı yolla qorunmuş olur.

Digər tərəfdən, peyvəndlərin iqtisadi və sosial əhəmiyyətini də vurğulamaq vacibdir. Peyvənd olunmayan uşaqlar xəstələndikdə, bu həm ailəyə, həm də dövlət səhiyyə sisteminə əlavə maliyyə yükü yaradır. Halbuki, bir peyvəndin dəyəri xəstəliyin müalicəsi üçün lazım olacaq xərclərdən dəfələrlə ucuz başa gəlir. Əlavə olaraq, peyvəndlər uşaqların həyat keyfiyyətini yüksəldir. Sağlam böyüyən uşaq təhsildən geri qalmır, sosial həyata daha aktiv qoşulur və gələcəkdə sağlam fərd kimi cəmiyyətə fayda verə bilir.

Bir uşaq həkimi olaraq valideynlərə tövsiyəm odur ki, peyvəndlənməyə laqeyd yanaşmasınlar. Rəsmi peyvənd təqviminə uyğun olaraq uşaqlarını vaxtında peyvənd etsinlər. Çünki peyvənd sadəcə bir iynə deyil, uşağın sağlam gələcəyinə qoyulan ən böyük investisiyadır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri