Icma.az
close
up
RU
Uşaq kimdə qalmalıdır? “Face studio” rəhbərinin qalmaqalı ilə bağlı rəsmi cavab

Uşaq kimdə qalmalıdır? “Face studio” rəhbərinin qalmaqalı ilə bağlı rəsmi cavab

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Face studio” gözəllik salonlarının və paytaxtdakı bəzi restoranların sahibi, iş adamı Rüfət Bədirov rəssam olan həyat yoldaşı Fidan Həsənovadan boşanıb. Mediasiya mərhələsində barışıq sənədi imzalayan F. Həsənova övladının ondan alınmasına dair sənəddə aldadıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunub və 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində aldadılaraq azyaşlı övladının atasında qalması barədə razılaşmanı imzalayıb.

Fidan Həsənova bildirib ki, məsələ ilə bağlı Xətai Rayon Məhkəməsi qarşı tərəfin lehinə qərar çıxarıb. Apellyasiya instansiyası da bu qərarı qüvvədə saxlayıb. Hazırda şikayət Ali Məhkəmədədir və yekun qərar orada veriləcək.

Bədirova (Həsənova) Fidan Fariz qızı və Bədirov Rüfət Çingiz oğlu arasında 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında Barışıq sazişi bağlanıb.

“Face studio”nun sahibinin keçmiş həyat yoldaşı Fidan Həsənovanın ittihamları ilə əlaqədar Ali Məhkəmədən “Qafqazinfo”ya bildirilib ki, barışıq sazişinin şərtlərinə əsasən nikahları pozulduqdan sonra 2020-ci il təvəllüdlü uşaqlarının yetkinlik yaşına çatanadək R.Bədirovun himayəsinə verilməsi, F.Bədirovaya isə uşaqla hər həftənin cümə günü görüş və ünsiyyət imkanın yaradılacağı, habelə F.Bədirovaya aylıq 10.000 manat məbləğində alimentin ödənilməsi, 1 avtomobilin F.Bədirovaya verilməsi, digər daşınar və daşınmaz əmlakların isə R.Bədirovun mülkiyyətində saxlanılıb.

Bundan sonra, F.Bədirova məhkəməyə müraciət edərək, Azərbaycan dilini yaxşı bilməməsi səbəbindən imzaladığı sazişin şərtlərini anlamadığına, habelə vəkil və mediator tərəfindən aldadılmasına istinad etməklə Barışıq Sazişinin bir sıra bəndlərinin etibarsız hesab olunmasını xahiş edib.

Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının istinad etdiyi əsaslar öz təsdiqini tapmayıb. Bununla yanaşı, birinci instansiya məhkəməsində izahatı alınmış mediator M.Qafarova bildirib ki, hər iki tərəf vəkilləri ilə təmsil olunaraq mediasiya prosesində könüllü olaraq iştirak ediblər, barışıq sazişinin imzalnması zamanı iddiaçıya hər hansı psixoloji təzyiq göstərilməyib, habelə barışıq sazişinin şərtləri birgə müzakirə edilib və Fidan Bədirova sazişin şərtlərinin Azərbaycan dilində oxunduqdan sonra ona aydın olduğunu göstərib.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2024-cü il 20 iyun tarixli qətnaməsi ilə F.Bədirovanın iddiası iddia tələbinin əsaslarının öz təsdiqini tapmaması əsası ilə təmin olunyıb.

Daha sonra, iddiaçı Fidan Bədirovanın bu qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 17 yanvar tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən göstərib ki, iddiaçı, yuxarıda qeyd edilən şəxslər tərəfindən aldadıldığını bildirsə də, bu hal sübuta yetmir. Məhkəmə F.Bədirovanın sazişin şərtlərini dərk etməsini işdə olan səsli videoyazı ilə mübahisələndirilən sazişin imzalanması tarixindən 2 gün əvvəl F.Bədirova və R.Bədirovun birlikdə sonuncunun ofisində aralarındakı nikahın pozulması ilə bağlı mübahisənin bağladıqları sazişin şərtlərinə uyğun qaydada həll olunacağına dair danışıqlarının mövcudluğu ilə də əsaslandırıb.

Belə ki, həmin audio-video yazıdan aşkar surətdə bəlli olub ki, iddiaçı onunla R.Bədirovun arasında gedən söhbətin mahiyyətini anlamış, uşağın R.Bədirovda qaldığı halda kimin tərəfindən qulluq olunacağı barədə sual vermiş, uşağın atada qalması təkliflərini rədd etməmiş, əlavə olaraq istifadəsində olan avtomobilin onda qalmasını xahiş etmişdir. 

Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan dili bölməsində ali təhsil almışdır. Bundan əlavə olaraq, F.Bədirovanın məhkəməyə ünvanlanmış audio-video müraciətində də Azərbaycan dilində səlis və aydın tərzdə çıxış edə bilməsi müəyyən edilmişdir. 

İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti 2025-ci ilin 2 may tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş və prosessual qanunvericiliyin müəyyən etdiyi müddət ərzində baxılaraq, Mülki kollegiyasının 2025-ci il 21 iyun tarixli qərarı ilə təmin edilməmişdir.

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həlli zamanı maddi və prosessual hüquq normaların pozulmasının müəyyən olunmadığı qənaətinə gəlmişdir.

Əlavə olaraq qeyd olunmalıdır ki, hazırkı işdə barışıq sazişinin etibarsızlığı tələbinə baxıldığından, iddianın rədd edilməsi uşağın anadan məcburi qaydada alınaraq ataya verilməsi üçün əsas deyildir. Uşağın anadan məcburi qaydada alınaraq ataya verilməsi üçün mediasiya sessiyasında imzalanmış bu barışıq sazişinin R.Bədirovun iddiası üzrə məhkəmə qaydasında təsdiqi tələb olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 İyun 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see234

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see162

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see139

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see110

Ukrayna Energetika Nazirliyi Rusiyanın Azərbaycan qazını tədarük edən GTS obyektinə hücumu barədə məlumat verib

06 Avqust 2025 16:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri