Icma.az
close
up
RU
“Face studio”nun rəhbəri övladını anasından alacaqmı? Kassasiya şikayətinə baxılacaq KONKRET

“Face studio”nun rəhbəri övladını anasından alacaqmı? Kassasiya şikayətinə baxılacaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Face Studio” gözəllik salonlarının, bir sıra biznes obyektləri və restoranların sahibi Rüfət Bədirovla onun keçmiş həyat yoldaşı, tanınmış rəssam Fidan Həsənova arasında məhkəmə çəkişmələri davam edir.

KONKRET.az xəbər verir ki, mansetaz-ın əldə etdiyi məlumata görə, “Face Studio”nun rəhbəri Rüfət Bədirov keçmiş həyat yoldaşı, tanınmış rəssam Fidan Həsənovadan azyaşlı övladı Xanı almaq istəyir. Keçirilən məhkəmə proseslərində həm birinci instansiya məhkəməsi, həm də Apellyasiya Məhkəməsi Rüfət Bədirovun xeyrinə müəmmalı qərar verib. Daha sonra Fidan Həsənova vəkili vasitəsilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə də azyaşlı uşağın ana — Fidan Həsənovadan alınaraq ataya verilməsi barədə sensasion qərar çıxarıb. Fidan Həsənova isə övladına görə mübarizəni davam etdirərək Ali Məhkəmənin qərarından sonra əlavə kassasiya şikayəti verib. Yaxın günlərdə kassasiya şikayətinə baxılıb-baxılmayacağı məlum olacaq.

Onu da bildirək ki, Azərbaycan qanunlarına görə, azyaşlı uşaq ailə dağıldığı zaman əsasən ananın himayəsində qalır. Uşağın himayəsinin anadan alınaraq ataya verilməsi üçün ciddi əsaslar olmalıdır. Məsələn, ananın psixoloji problemləri varsa, narkomaniya, alkoqolizm və ya hər hansı ağır xəstəlikdən əziyyət çəkirsə, bu hallar uşağın rifahına və tərbiyəsinə mənfi təsir göstərə bilərsə, eləcə də ana uşağa qarşı qəddar davranış sərgiləyirsə, bu zaman məhkəmə yolu ilə uşaq anadan alınaraq atanın himayəsinə verilə bilər. Hazırda Fidan Həsənovada qeyd olunan faktların heç biri özünü göstərmir.

Fidan Həsənovanın vəkili Ramin Məmmədov qeyd edib ki, Ailə Məcəlləsinin tələblərinə əsasən, 7 yaşından böyük uşaqların qismən, 10 yaşından böyük uşaqların isə mütləq şəkildə ailədə onların maraqlarına toxunan məsələlərlə bağlı fikir bildirmək hüququ var. Rüfət Bədirov və Fidan Həsənovanın övladı Xanın isə hazırda 5, saziş bağlanarkən isə 3 yaşı olub. Saziş bağlanarkən 3, hazırda isə 5 yaşı olan azyaşlının heç bir əsas olmadan anadan ayrılıb ataya verilməsi tamamilə qanunvericiliyə ziddir.

Qeyd edək ki, iş adamı Rüfət Bədirovla tanınmış rəssam Fidan Həsənova arasında bir müddətdir məhkəmə çəkişmələri davam edir. Məhkəmə prosesləri ilə bağlı qalmaqallar da yaranıb. Fidan Həsənova həyat yoldaşı və 9 saylı mediasiya təşkilatı tərəfindən aldadıldığını qeyd edib. Bu barədə hər iki tərəf arasında baş verən qalmaqallar və ilkin məlumatlar daha əvvəl saytımız tərəfindən yayımlanmışdır.

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri