Icma.az
close
up
RU
Uşaq niyə pis yeyir?

Uşaq niyə pis yeyir?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Demək olar ki, hər bir ana bu problemlə üzləşir. Müəyyən müddətə qədər uşaq ananın verdiyi hər bir yeməyi həvəslə yeyir. Birdən o hətta sevdiyi yeməkdən belə imtina etməyə başlayır.

Uşağınızın səhhəti barədə nəticə çıxarmağa tələsməyin. İştahanın təsadüfi və davamlı olmayan müddətə azalmasını çox da narahatlıqla qəbul etməyin.

Uşaq hər hansı bir kəskin xəstəliyə tutulan zaman iştahası müvəqqəti olaraq azalır. Bu zaman ona verilən yeməyi zorla, axıra qədər yeməsini təkid etmək məsləhət deyil. Uşağa daha çox meyvə, tərəvəz, su, müxtəlif şirələr (xüsusilə yüksək hərarət zamanı) və daha yüngül, yarımduru yeməklər verin.

Daimi olan iştahasızlıq çox pis göstəricidir. Yanaşı olaraq uşaq tez-tez xəstələnirsə və inkişafına görə də yaşıdlarından geri qalırsa, bu daha da təhlükəli bir haldır. Belə halda mütləq həkimə müraciət etmək lazımdır.

Bəs uşağın iştahasını necə yaxşılaşdırmaq olar? Hər şeydən əvvəl bütün yaş dövrlərində olan uşaqların gündəlik rejimini qaydaya salmaq lazımdır. Uşaq tez-tez təmiz havaya çıxarılmalı, hərəkətdə olmalıdır. Zəifləmiş uşaqlar daha çox istirahət etməlidirlər. Onlar erkən yatmalı, səhərlər daha gec oyanmalıdırlar. Günorta mütləq yatmalıdırlar.

Heç bir halda, yeməkdən 1-2 saat qabaq uşağa şirniyyat, şirələr, qazlı içkilər vermək olmaz!

Uşaqlarda iştahanın pis olmasının səbəbi, əksər hallarda qida rejiminin pozulmasıdır. Əksər hallarda uşaqlara həddən artıq yağlı, şirin qidalar verilir. Bu zaman onların növbəti qidalanmaya qədər acması ləngimiş olur. Əvvəl yediyi qidanı həzm etmək və aclıq hiss etməsi üçün uşağa bir qədər vaxt vermək lazımdır.

Heç bir halda uşağın başını qataraq və onu əyləndirərək yedizdirməyə çalışmayın. Bu, iştahanın uzun müddətli itirilməsinə səbəb ola bilər. Çünki yemək zamanı uşağın fikri bütünlüklə oyuncaqlara, kitablara, nağıllara, qohumlar tərəfindən qurulmuş “sirk” tamaşalarına yönəlir. Bu zaman həzm şirələrinin ifrazı kəskin şəkildə ləngiyir və nəticədə qidanın həzm edilməsi də pisləşir.

Bundan başqa, yemək zamanı uşaqlar üçün multiplikasiya filmlərinə baxmağa şərait yaratmaq, yemək yeyəcəkləri halda onlara hədiyyələr vəd etmək, daha böyük uşaqlara isə yeyərkən kitab oxumağa icazə vermək olmaz.

Digər tərəfdən, uşagı zorla yedizdirmək, yemədiyi üçün onu danlamaq, üstünə qışqırmaq da olmaz! Bütün bunların nəticəsində sonda valideynlər yalnız bir şeyi əldə edirlər - uşaqda istənilən qidaya nifrət hissi yaranır.

Yeməyin uşağa hansı şəkildə təqdim olunması da çox vacib məsələdir. Yemək masasını uşaqla birgə hazırlayın. Əvvəl uşağa az miqdarda yemək çəkin ki, gözü qorxmasın. Yalnız özü istədiyi halda ona əlavə yemək verin. Çoxçeşidli yeməklər hazırlayın. Eyni yeməyi gün ərzində təkrar verməyin. Yadda saxlayın: qida gatı və kalorili olmalıdır. Çörəyi, sıyığı, supu az miqdarda verə bilərsiniz, amma balıq, ət, kəsmik, yumurtanın normal miqdarda yeyilməsinə fikir verin.

Uşaq mütəmadi olaraq normadan az həcmdə yeyirsə, onu daha tez-tez, gündə 5-6 dəfə yedizdirin. Amma yedizdirmələr arasındakı müddət çox qısa olmamalıdır (təxminən 3,5 saat, südlü qidadan sonra isə 3 saat).

Ən vacib olan daha bir şey də var. Uşaq yemək masası arxasına sakit, yaxşı əhval-ruhiyyə ilə, istirahət etmiş, kefi pozulmamış və qıcıqlanmamış vəziyyətdə əyləşməlidir. Nahar və şam yeməyindən qabaq heç bir səs-küylü, qıcıqlandırıcı oyunlara imkan vermək olmaz. Onlar həzm şirəsinin ifrazını xeyli dərəcədə ləngidir! Uşaq maraqlı oyun oynayarkər qəflətən oyunu dayandırıb onu yeməyə vadar etmək olmaz. Bu onun xoşuna gəlməyəcək, sonda uşaq inadkarlıq edərək yeməkdən tamamilə imtina edəcək.

Yeməyə təxminən 15-20 dəq. qalmış uşağı hər hansı bir vasitə ilə (əllərini yu, masanı açmağa kömək et! və s) qida qəbulu prosesinə hazırlaşdırın. Ona yeməyi tərifləyərək bəzi xoşagələn sözlər də deyə bilərsiniz: məsələn, bu gün ana və ya nənə çox dadlı yemək bişirib, kotlet bu gün çox gözəl görünür, ləzzətli qoxusu var. Əgər uşaq yenə də yeməyə qarşı neqativ fikirdədirsə, yemək vaxtını 15-20 dəqiqə təxirə salın. Oyununu və ya işini başa çatdırmasına imkan verin. Bir müddət sonra isə onu yenidən masaya dəvət edin. Yeməyi axıradək yeyibsə, uşağı mütləq tərifləmək lazımdır!

Bəzi uşaqlar səhərlər pis yeyirlər. Onları yuxudan oyanan kimi yedizdirməyin. Birlikdə səhər idmanı etsəniz, yuyunsanız, oynasanız, uşağın iştahası bərpa olunacaq.

Pis yediyi üçün uşağın yanında həyəcanınızı göstərməyin. Onun iştahasızlıgı, pis yeməsi barədə narahat olduğunuzu ona bildirməyin. Uşaqlar belə şeylərə tez alışır. Sonra ərköyünlük edir, yeməkdən imtina edir, oz istəyinə nail olmaq ücün hər cür şıltaqlığa əl atırlar.

Həkimlə məsləhətləşdikdən sonra iştahası pis olan uşağa xüsusi iştahgətirici preparatlar, C vitamini, kompleks vitaminlər vermək olar.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri