Icma.az
close
up
RU
Uşaq niyə pis yeyir? Mütəxəssis tövsiyələri

Uşaq niyə pis yeyir? Mütəxəssis tövsiyələri

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Susuzluq və aclıq hissi insanın minilliklər boyu sağ və sağlam qalmasına səbəb olan əsas instinktlərdəndir.

Bu faktı unudaraq qidanın bol olduğu müasir dövrdə bütün anaları narahat edən əsas məsələlərdən biri uşağın “zəif” yemək yeməsidir. Əksər hallarda uşağın iştahı “zəif” deyil, əslində ananın narahatlığı əbəsdir. Sağlam qida üzrə mütəxəssis Rebecca Byrne qeyd edir ki, daha çox analar uşaqların kifayət qədər yeməməsi və az çəki almasına görə narahat olaraq, uşaqları normalarından artıq yemələrinə təzyiq göstərirlər. Müasir dövrdə uşaqların qidalanması onların aclıq və susuzluq instiktinə uyğun olaraq deyil, ananın uşağı nə vaxt və hansı miqdarda yedizdirmək istəyi ilə həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistik məlumata görə dünyada 2013-ci ildə 42 milyondan artıq 5 yaşından kiçik uşaq piylənməyə məruz qalmışdırlar. Harvard Universitetinin hesablamalarına görə isə son 20 ildə müvafiq yaş uşaqların piylənməsi 60% artmışdır. İnsanın mədəsinin ölçüsü simvolik olaraq yumuruğu ölçüsündə olması faktı məlumdur. Uşaqlar həmçinin mədə anatomiyası hələ tam yetkinləşməmişdir. Mədənin genişlənmə qabiliyyətini malik olmasını nəzərə alaraq gələcəkdə uşağın normadan artıq yeməsi piylənmə probleminə səbəb ola bilər.

Professor Catherine Law 12 min nəfər 3 yaşlı uşaqlar arasında apardığı araşdırmanın nəticələrinə görə müntəzəm olaraq nənə və baba tərəfindən qayğı görən uşaqlar 3 dəfə daha çox piylənməyə məruz qala bilərlər. Səbəb nənə-babanın uşağı zərərli qida ilə şirnikdirmələrindən irəli gəlir. Adətən uşaqları yedizdirmək üçün nəinki nənə-baba, ana-ata aşağıdakı metodlardan istifadə edirlər:

Yeməyi israf etməmək. Boşqabı nəyin bahasına olursa olsun, təmiz olana kimi yeyib bitirməyə alışdırmaq doymaq hissinə əsasən qidanı qəbul etməyə mane olur.

Yeməklə mükafatlandırmaq. Valideynin istədiyi miqdarda yeməyi yeyib bitirdiyi təqdirdə uşağa mükafat qismində xoşladığı başqa bir şey etmək, vermək düzgün deyil. Bu üsul istənilən yeməkdən sonra mütləq şəkildə hər hansı bir şirniyyatın qəbulu vərdişini və ya hər hansı şirni yeməmişdən öncə mütləq qida qəbul etməsi vərdişinin əsasını qoyur. Nəticədə insan lazım olandan qat-qat çox kalori qəbul etmiş olur.

Yeməklə cəzalandırmaq. Uşağa yemədiyi təqdirdə hədə-qorxu gəlmək onda yeməyə qarşı ciddi ikrah hissi oyada bilər. Üstəlik xoşlamadığı yeməkdən nəyin bahasına olursa olsun can qurtarmaq üçün uşaqlar yalan və digər xoşagəlməz xassələrə yiyələnirlər.

Yedizdirərkən diqqəti yayındırmaq. “Təyyarə gəlir, ağzını aç”, “Bunu ananın, bunu atanın əvəzinə” oyunları, dilə tutmaq, nağıl danışmaq, cizgi filmi göstərmək kimi üsullar qida qəbulu ilə paralel nə isə etmək vərdişi yaradır. Yemək yeyənin fikri boşqabından kənara yayındıqda isə o doyma hissini ötürür və lazımından artıq qida qəbul etmək təhlükəsi ilə üzləşir.

Yeməklə təsəlli vermək. Əhvalı olmayan, uğursuzluq, ağrı və digər fiziki və emosional narahatlıq yaşayan uşağa təsəlli vermək məqsədi ilə ona dadlı və ya maraqlı qida hazırlamaq, vermək böyüdükdə hər dəfə stress və ya əhval düşkünlüyü keçirdikdə qidaya təsəlli mənbəyi kimi müraciət etmək vərdişi yaradır.

Müəyyən müddət arıqlama mərkəzində çalışan psixoloq Anna Bıkova qeyd edir ki, uşağının sağlam gələcəyini istəyən valideyn yuxarıda verilən üsullardan qətiyyən istifadə etməməlidir. Gələcəkdə bu cür üsullar nəinki piylənmə kimi ciddi fiziki hətta bəzi ciddi psixoloji problemlərə də səbəb olacaqdır.

Dietoloqlar müasir uşaqların piylənmə səbəbləri kimi fiziki fəallığın az olması, fabrikat və genetik modifikasiya olunmuş qidaların qəbulu, ana və nənələrin uşağın əvəzinə işləri görməsini, televizor və kompüter qarşısında keçirilən vaxt;, hormonal problemləri və genetik meylliyi sadalayırlar. Hər bir uşağın individual enerji sərfini nəzərə alaraq, nə qədər yediyinə deyil, nə yediyinə nəzarət etmək gərəkdir. Həmçinin uşaqlarda sağlam qida vərdişlərini tərbiyə etmək üçün valideyn öz nümunəsində göstərməlidir.

Mütəxəssislərin qeyd etdiyi kimi, sağlam qidalanma vərdişlərinin əsasları körpəlikdən qoyulur. İstənilən yaşda sağlam qidalanmağa və qidalandırmağa başlamaq mümkündür. Səhv qidalandırma üsullarına alternativ olaraq aşağıdakıları nəzərinizə çatdırırıq.

Sağlam qida ilə həyata başlamaq. Sağlam başlanğıc üçün ilk qida sözsüz ki, ana südüdür. Ana südünün əvəzolunmaz özəlliklərindən savayı, əmizdirilən körpə özü aclıq və toxluq balansını qoruyur. Nəticədə müdaxilələr olmadan öz doyma norması qədər qidalana bilir.

Doymaq sözünün öyrətmək. Lap erkən yaşlarından etibarən hər dəfə yeməyə başlamamışdan öncə uşağınıza doyma hissini bildirməyi xatırladın. Əvvəllər bu başını qaşıqdan kənara çevirmək, ağızını açmamaq, ağzına qoyulan yeməyi tüpürmək kimi hərəkətlər olur. Bu zaman uşağın başını nəyin bahasına olursa olsun qatıb boşqabı bitirməyə cəhd etməyin.

Uşağın qida ritminə uyğunlaşın. Bəzi uşaqlar yuxudan oyanan kimi digərləri isə oyanandan bir neçə saat sonra yeməyi üstün tuturlar. Bunları mütləq şəkildə nəzərə alın. Üstəlik bəzi günlər hətta böyüklər xarici və daxili şəraitdən asılı olaraq iştahlı və ya iştahsız ola bilirlər. Uşaqlar da eynilə gündən-günə iştahları ilə fərqlənə bilərlər.

Özünün yeməsi üçün şərait yaratmaq. Uşaqlarda çəngəl, qaşıq, küt bıçaq ilə və ya əllə yemək bir proses olaraq maraq oyadır. Bunu üçün onlara imkan yaratmaq, həmçinin yemək əsnasında onu tələsdirməmək, qidanı rahat çevnəyib udmasına vaxt vermək gərəkdir.

Yemək payını vizuallaşdırmaq. Uşağınıza yemək çəkərkən onun yumruğunu vizuallaşdırın, bu sizə onun mədəsinin təxmini ölçüsünü təsəvvür etməyə yardım edəcəkdir. Boşqabda qalan artıq qidanı uşağı dilə tutaraq yedirtməkdənsə, kiçik ölçülü şüşə qida konteynerlərinə boşaldıb növbəti qida qəbuluna saxlamaq daha düzgündür.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri