Icma.az
close
up
RU
Uşaq pulu ilə bağlı müsbət anons Deputat açıqladı

Uşaq pulu ilə bağlı müsbət anons Deputat açıqladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ümid Partiyasının sədri İqbal Ağazadə uşaq pulu ilə bağlı məsələni yenidən gündəmə gətirib. 

Sitat: “Azərbaycanda bu gün ailələrin əksəriyyətində iki uşaqdan artıq doğum göstəricisi yoxdur. Bu, o deməkdir ki, 5-10 ildən sonra demoqrafik səviyyəmiz ya indiki səviyyədə qalacaq, ya da aşağı düşəcək”.

Uşaq pulu verilməlidirmi?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, “uşaq pulu” anlayışı SSRİ dövrünə aiddir, hazırkı büdcə və qanunvericilikdə belə bir termin mövcud deyil:

“Burada söhbət müavinətlərdən gedir. Hazırda uşaqlar üçün müxtəlif kateqoriyalar üzrə müavinətlər verilir: atasını itirmiş, əlilliyi olan, şəhid övladları və sair. Yəni müavinətlərin ümumiyyətlə verilməməsi məsələsi yoxdur, sadəcə onlar müəyyən kateqoriyalara ayrılır. Əsas müzakirə edilən məsələ bu müavinətlərin əhatə dairəsinin genişləndirilməsidir. Çünki bu, daha çox aztəminatlı və imkansız ailələrin uşaqlarına dəstək üçün nəzərdə tutulur. Yüksək gəlirli ailələrin uşaqları üçün belə bir ehtiyac mövcud deyil. Bu baxımdan terminlərin düzgün işlədilməsi vacibdir ki, mövzu populist yanaşmalardan uzaq olsun”.

Fazil Mustafa

Deputat qeyd edib ki, dövlət büdcəsinin imkanları daxilində xüsusilə 1-6 yaş arası ehtiyacı olan uşaqlara müavinət ayrılması zəruridir:

“Bu həm qida, geyim, həm də təhsil xərclərinin qarşılanması baxımından vacibdir. Hesab edirəm ki, hökumət də bu istiqamətdə işlər görür və büdcə imkanları nəzərə alınmaqla məsələ öz həllini tapacaq”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, uşaq pulunun kimə və hansı qaydada veriləcəyi dəqiqləşdirilməlidir:

Natiq Cəfərli

“Əlbəttə, bu vəsait verilməlidir. Təklifimiz odur ki, ilkin mərhələdə ailələrə yardım məqsədilə ikinci və sonrakı uşaqlara müavinət ayrılsın. Çünki birinci uşaq ailənin planlaşdırılmış məsuliyyəti sayılır, lakin ikinci, üçüncü və dördüncü uşaqları əlavə dəstək olmadan böyütmək çətinlik yaradır. Buna görə də Azərbaycanda diferensial yanaşmaya ehtiyac var. Yəni müxtəlif hallara müxtəlif mexanizmlərlə yanaşılmalıdır. Nəticə etibarilə, uşaq pulunun verilməsi zəruridir, lakin onun sxemi və tətbiq qaydaları müzakirə olunmalıdır”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri