Icma.az
close
up
RU
Uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı prioritetdir TƏHLİL

Uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı prioritetdir TƏHLİL

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəmiyyətə layiqli vətəndaşlar bəxş etmək üçün ilk növbədə uşaqların, yeniyetmələrin və gənclərin fiziki, eləcə də mənəvi cəhətdən inkişafına xüsusi diqqətlə yanaşılmalıdır. Milli və ümumbəşəri əxlaqa, mənəviyyata, mədəni dəyərlərə yiyələnən şəxsiyyətin formalaşması sözsüz ki, uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafından başlayır. Məhz buna görə də uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı artıq ölkəmizdə ən prioritet məsələlərdən sayılır.

Uşaq və gənclərin, ümumilikdə gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi, həmçinin onların intellektual, mənəvi cəhətdən inkişafı üçün ölkəmizdə münbit şərait, geniş imkanlar yaradılıb. Bu imkanlar uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişaf etməsi, sağlam yetişmələri üçün əsaslı zəmin deməkdir. Məsələn, idman komplekslərinin tikilib istifadəyə verilməsi, artıq müxtəlif idman meydançalarının, idman zallarının gənc və yeniyetmələrin istifadəsində olması, onların sayının durmadan artması gəlclərin fiziki baxımdan sağlam yetişmələri üçün olduqca vacibdir. Bu gün gənclərimiz üçün yaradılan bu şərAait onların fiziki baxımdan olduqca möhkəm, sağlam olmalarına şəraitin yaradılması deməkdi. “Sağlam bədəndə sağlam da ruh olar” zərb məsəlində deyildiyi kimi, insanların sağlam düşünmələri üçün onların sağlam olmaları, fiziki baxımdan möhkəm olmaları lazımdır. Ona görə də məhz idmana, fiziki tərbiyəyə xüsusi diqqət yetirilməlidir və idman sahəsinin maddi-texniki bazasının yaradılması bu sahəyə ayrılan diqqət və qayğını təsdiqləyir.

Azərbaycan gəncliyinin dünya miqyaslı idman yarışlarında hər zaman layiqli yerlər qazanması, daim birincilər sırasında olması, bayrağımızı yarışlarda dalğalandırmaları, himnimizi səsləndirməsi gənc nəslin inkişafına dövlət qayğısının boş yerə olmadığını, müsbət nəticələri verdiyini təsdiqləyir. İstənilən idman növündə idmançılarımızın ölkəmizin şərəfini layiqincə qoruması bizim hər birimiz üçün qürurverici olmaqla yanaşı, dövlətimizin apardığı gənclər siyasətinin uğuru hesab olunur. Dövlət başçımızın idmançı gənclərə hansı dəstək hansı qayğı göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Gənclərimiz də öz növbələrində sağlam olmları fonunda yurdumuzun, dövlətimizin keşiyindədirlər. Ohanyan səddi kimi hayların bütün dünyaya səs salıb lovğalandları həmin o düşmənin mühafizə istehkamını mümkün ən qısa zamanda tapdağı altında qoyan, alınmaz qala sayılan Şuşanı ən çətin yollarla, qayalarla qalxaraq, igid döyüşçilərimizin işğaldan azad etmələri onların fiziki baxımdan sağlam yetişdirildiklərinin isbatıdır. Deməli, gənc nəslin fiziki baxımdan inkişaf etməsinin ilk növbədə, nə dərəcədə vacib olduğunu hər kəs yaxşı başa düşür.

Sözsüz ki, gənclərimizin təkcə fiziki baxımdan deyil, xüsusən də mənəvi baxımdan inkişafda olması milli maraqlarımız naminədir. Əgər sağlam bədəndə sağlam ruhun olması barədə zərb məsəldə bildirilirsə, deməli, fiziki cəhətdən inkişaf nə qədər vacibdirsə, mənəvi cəhətdən də inkişaf bir o qədər vacib hesab olunur. Bəli, ərazilərimizi işğaldan azad etmək, mədəniyyət mərkəzimiz olan bir şəhəri özümüzə qaytarmaq üçün Şuşanın yalçın qayalarını fiziki cəhətdən güclü olan gənclərimiz qalxaraq, fəth etdilər və onların fiziki baxımdan güclü olması çox vacib idi, lakin unutmaq lazım deyil ki, mənəvi inkişaf və yetişkənlik olmasaydı fiziki imkanlar kifayət etməzdi. Daha dəqiq desək, hər bir döyüşçümüzün, hər bir hərbçimizin, hər bir gəncin mənəvi baxımdan yetişkənliyi, inkişafı, mənəvi dəyərlərə sayqı ilə yanaşması, xalqımıza, dövlətimizə məxsus olanı, xüsusən də, ərazilərimizi, torpaqlarımızın hər qarışını qorumaq üçün milli maraqlarımızın təəssübkeşi olması uğurlarımız üçün çox önəmli oldu və Zəfərimizi, qələbələrimizi təmin etmək üçün ən vacib şərtlərdən sayılır. Cəmi 44 gün ərzində qələbənin qazanılmasında vətəndaşlarımızın fiziki və mənəvi cəhətdən inkişafı böyük rol oynadı. Bunu təkzib etmək mümkün deyil. Milli və mənəvi dəyərlərimizə sahib çıxan gənclərimiz işğal altında olan ərazilərimizi düşmən tapdağından ən qısa zamanda azad etdi. Məhz fiziki və mənəvi cəhətdən inkişaf etmiş gənclərimiz, vətəndaşlarımız sayəsində dünyada görünməmiş bir Zəfərə, ən qısa zamanda əldə edilən qələbəyə imza atıldı.

Yaxşı bilirik ki, döyüş meydanında çanlarını, qanlarını torpaq, vətən, xalqımıza məxsus olan dəyərlər uğrunda fəda edən gənclərimizin böyük əksəriyyəti həmin ərazilərdə, işğaldan azad etdikləri ərazilərdə heç zaman olmamışdılar. Məsələ burasındadır ki, döyüş meydanında hər qarış torpağımız uğrunda, dəyərlərimiz naminə canından, qanından keçən gənclərimiz, vətəndaşlarımız məhz milli maraqlarımız, xalqımıza və dövlətimizə məxsus olanlar üçün vuruşur, mübarizə aparırdılar. Bu isə o deməkdir ki, döyüşən, mübarizə aparan vətəndaşlarımız təkcə fiziki yox, həm də mənəvi cəhətdən inkişaf etmiş, yetişmişdilər. Onlar vətən, yurd, xalqımızın maddi və mədəni irsi, dəyərlərimiz uğrunda gözlərini qırpmadan belə döyüş meydanına atıldıqları üçün xüsusən də, mənəvi cəhətdən inkişaf etmiş gənclərdirlər. Düşmən öz silahını belə qoyub qaçdığı halda, onun nə fiziki, nə də mənəvi inkişafından danışmağa dəyməz, amma düşmən üzərinə atılan, onu diz çökdürən gənclərimizin həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etmiş olduğu artıq bir aksiomdur və daha isbata qətiyyən ehtiyac duyulmur.

Unutmaq lazım deyil ki, gənclərimizin həm fiziki, həm də mənəvi cəhətdən inkişafı hər zaman dövlətimiz üçün prioritet olub. Düz 30 ilə yaxın diplomatik müstəvidə mübarizə aparan, hərbi yolla deyil, diplomatik yolla məsələyə son qoymağa çalışan, qan tökülmədən münaqişənini həllinə nail olmaq üçün səy göstərən dövlətimiz uşaq və gənclərimizin, vətəndaşlarımızın fiziki və mənəvi cəhətdən inkişafını qətiyyən ikinci plana keçirməyib və ən vacib məsələlərdən hesab olunub. Azərbaycan xalqı, hər bir vətəndaşımız belə məriz qaldığı işğalı heç zaman unutmayıb və unutmaz da. Dövlətimiz tərəfindən də kifayət qədər maariflənmə aparılıb, işlər görülüb və qan yaddaşımızda bizim üçün unudulmayacaq çox məqamlar yer alıb.

Qeyd olunduğu kimi, diplomatik müstəvidə mübarizə aparılsa da, ölkə vətəndaşlarının, xüsusən də uşaq və gənclərin həm fiziki, həm də mənəvi inkişafına dövlətimiz tərəfindən xüsusi diqqətlə yanaşılıb. Uşaq və gənclərimiz fiziki və mənəvi baxımdan kifayət qədər inkişaf etdirilib. Sağlam bədəndə sağlam ruh yetişdirilib. Gəncliyimiz sağlam ruhda böyüyüb və istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etmiş, yetişmiş, düşməndən müqaisə edilməyəcək dərəcədə üstün olaraq yetişdirilib. Bunu döyüş meydanında hər kəs gördü. Hər kəs gördü və əmin oldu ki, Azərbaycan gəncinin fiziki və mənəvi inkişafı olduqca yüksək səviyyədədir. Bütün dünya ictimaiyyəti əmin oldu ki, uşaq və gənclərimiz fiziki və mənəvi cəhətdən inkişaf etdirilir. Xüsusən də qəbul edildi ki, ölkəmiz Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı prioritetdir...

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri