Icma.az
close
up
RU
Uşaq yetişdirmək ... Evdə olan əxlaq dəyərləri cəmiyyətdə möhkəmlənməlidir, məktəbdə tərbiyələnməlidir

Uşaq yetişdirmək ... Evdə olan əxlaq dəyərləri cəmiyyətdə möhkəmlənməlidir, məktəbdə tərbiyələnməlidir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu gün cəmiyyətimizdə uşaq və gənclərin deqradasiyaya uğradığının şahidi oluruq. Məktəblərdə davamlı baş verən insidentlər, uşaq və gənclərin özünü idarə edə bilməməsi, əxlaq qaydalarına əməl etməməsi, davamlı aqressiya, cinayətə meyllilik və s. halları müşahidə edirik. Qarşısını almaq üçün demək olar ki, heç kim heç nə etmir. Fikrimcə, uşaq və gənclərin bu vəziyyətinin qarşısını aımaq üçün sərt cəzalandırılma olmalıdır. Çünki cəzasız qalan hər cinayət yenisi ilə əvəz edilir. Psixoloq məsləhəti, böyüklərin öyüd-nəsihəti, reabilitasiya və s. İnsanın xarakterini sadəcə cəzalandırılma dəyişdirə bilər. Necə ki, azyaşlı uşağın əli bir dəfə isti sobaya dəydiyi zaman sonra sobadan uzaq gəzirsə, cəmiyyətdə də uşaq və gənclərə qarşı cəza mexanizmi olmalıdır.

Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaqlarda və gənclərdə mənəvi-fiziki inkişafın əsas təməli əxlaqi dəyərlərdən başlayır.

Psixoloq Rafiq Allahverdiyev

“Uşaqlarda əxlaq normaları ailə, məktəb və cəmiyyət tərəfindən davamlı həmahəng olmalıdır. Yəni evdə olan əxlaq dəyərləri cəmiyyətdə möhkəmlənməlidir, məktəbdə tərbiyələnməlidir. Çünki məktəb təlim, tərbiyə ocağıdır. Əxlaq normaları isə ailədən başlayır. Ailələr sosial dəyərlərə üstünlük verməlidir. Çünki mənəvi-əxlaqi dəyərlər bu üç prinsip arasında ailədə əmələ gəlir, cəmiyyətdə formalaşır, möhkəmlənir. Ailədə olan əxlaqi dəyərləri uşaq cəmiyyətdə də görür, cəmiyyətdə də uşaq onu yaşayır, təsdiqini tapır. Məktəbdə isə həmin o əxlaq normalarına əməl etmək, tabe olma, qoruma və yaşatma hissləri mədəniləşdirilir”-deyə psixoloq qeyd edib.

Psixoloq Rafiq Allahverdiyev bildirib ki, bu gün Azərbaycan cəmiyyətində bu 3 prinsip pozulub. Psixoloq qeyd edib ki, yeniyetmə və gənclərdə, uşaqlarda əxlaq normaları qısa müddətli aşılanmalı deyil: “Yəni yaş dövrünə görə, oğlan və ya qıza görə və yaxud bir-iki il tərbiyələndirdik deyil, bütün ömrü boyu sistemli olmalıdır. Uşaq iki yaşında, üç yaşında, beş yaşında nəyin əxlaq norması olduğunu ömrü boyu yaşayıb, dərk edib öz övladına verməlidir. Uşaq bu əxlaq normalaırnı bütün ömrü boyu doğru hesab etməli və bunu tərbiyə modelinə çevirməlidir ki,  "bu davranış, düşüncə, rəftar, hərəkət, əxlaq doğrudur". Uşaq böyüdükcə bütün həyatı boyu onu yaşayıb və özündən sonrakı nəsilə onu nümunə kimi miras kimi verməlidir”.

Psixoloqun fikrincə, əxlaq normalarının pozulmasında ən birinci səbəblərdən biri uşaqlarda, yeniyetmə və gənclərdə itaət və cəza prinsipinin pozulmasıdır.

“Uşaqlar cəzadan yayına bilmələri üçün qaydalara tabe olmalı, qaydalara əməl etməlidir ki, cəzalandırılmasın. Amma bu gün uşaqlarımız cəzadan yayınmaq üçün qaydalara tabe olmur, yalan danışır, özlərindən fikir uydururlar. Onlar üçün özünü qoruma mexanizmi yalnız yalanda, özünə bəraət qazandırmaqda, haqq qazandırmaqdadır. Bu, əxlaq normasına çevrilir.

Bu gün bizim cəmiyyətimizdə, ailədə də, cəmiyyətdə də, məktəbdə də, sosial mühitdə də yeniyetmə və gənclər əxlaqdan, tərbiyədən, təhsildən, mənəviyyatdan yayınırlar. Çünki cəzadan itaət və cəza mənəvi dəyərin əxlaqın birinci mərhələsidir. İtaət dedikdə valideyinə təbiətə, cəmiyyətə, məktəbə, təhsilə itaət etmək, sağlamlığa və gigiyenaya itaət etmək nəzərdə tutulur. Biz itaət deyən kimi dərhal teoloji anlamı nəzərdə tutmamalıyıq. Dini baxımından və yaxud vəzifə baxımından tabe olmağı itaət kimi qəbul etməməliyik. İnsan gigiyenik qaydalara da itaət etməlidir. Mənəvi dəyərlərin, əxlaq normalarının, fiziki sağlamlığın, mənəvi sağlamlığın birinci mərhələsi buradan pozulur.

İkinci mərhələ qəbul olunmadır. Bütün insanlar nəyin normal olduğunu, nəyin cəmiyyət qaydalarına zidd olduğunu və zidd olmadığını qəbul etməlidir. Çünki müəyyən yaş dövründə insanların əqli fəaliyyəti, təfəkkürü təkmil deyil. Onlar razılaşmaya bilər. Bəzən insanlar, alimlər, mütəfəkkirlər, dünya səviyyəli siyasətçilərin belə fikirləri ilə də razılaşmırlar. Bu da o demək deyil ki, onlar haqlıdır. Bu, o deməkdir ki, o razılaşmayan insanın hələlik təcrübəsi və əqli imkanları o səviyyədə deyil. Sadəcə olaraq hələ bununla razılaşmır. İnsan qəbul etməlidir ki, cəmiyyətin ictimai normaları var. "Mən bunu qəbul etməliyəm, özbaşınalıq edə bilmərəm" kimi təlqinləri özünə yönəltməlidir”-deyə psixoloq izah edib.

Rafiq Allahverdiyev qeyd edib ki, gənclərin və uşaqların əxlaq normalarına uyğun inkişaf etməsi üçün səlahiyyət və sosial nizam qaydaları olmalıdır.

Səlahiyyət qaydası nədir?

“Səlahiyyət qaydası odur ki, insan başa düşür ki, onun səlahiyyəti bu qədərdir. O, həddini keçə bilməz. Qalanını valideynlər, müəllim və dövlət etməlidir. Sosial nizam qorunmalıdır. Uşaqlarda tərbiyə olunmalıdır ki, sosial nizam var. Məsəl üçün, "sən tanıdığın və tanımadığın insanların yanında əxlaqsız sözlər və hərəkətlər edə bilməzsən", "səsinin tonunu yüksəldə bilməzsən" və s. Bunlar qəbul olunmaqla bərabər, sosial nizam qorunmalıdır və sosial razılaşmalar əmələ gəlməlidir. Cəmiyyətdə ictimai münasibətlərdən doğan sosial razılaşmalar olmalıdır. Məsələn, mənim torpaq ərazim bura qədərdir. Amma yaxınlıqdakı mənim deyil, sahibi də yoxdur. Əgər bu torpağın sahibi yoxdursa, mən onu zəbt edib, özümünkü edə bilmərəm. Sosial razılaşmalar bu istiqamətdə əxlaq normaları mənəvi dəyərlərə söykənməlidir ki, əgər kiminsə hansısa bir əşyası yerə düşübsə, sahibi yoxdursa, mənimsənilməməlidir”-deyə psixoloq bildirib.

Rafiq Allahverdiyevin fikrincə, son olaraq etik prinsiplər formalaşmalıdır.

“Məsəl üçün, məni təhrik etsələr də, mən əxlaq normalarına zidd hərəkət etmərəm. Mənim prinsipim budur. Bax, bu prinsiplər ailədən formalaşmalıdır. Cəmiyyətdə təsdiqini tapmalıdır. Uşaq ailədə aldığı tərbiyəni cəmiyyətdə də görməlidir ki, başa düşsün ki, "hamı filan hərəkətə tərbiyə kimi baxır, filan hərəkət də hamı tərəfindən qınanılır". Oğurlamaq, yalan danışmaq, xəyanət etmək fərasət anlamına gəlmir. Bunlar hamısı etik prinsiplərin, səlahiyyət və sosial nizamın pozulması pozulmasıdır. Bunlar mənəviyyatsızlığın göstəricisi sayılır”-deyə psixoloq vurğulayıb.

Rafiq Allahverdiyev qeyd edib ki, bu gün cəmiyyətimizdə fərdi ünsiyyət, fərdi dəyərlər, qısaca fərdiyyətçilik ön plandadır.

“Təəssüflər olsun ki, bu yanaşma bizim gənclərimizin mənəvi, əxlaqi dəyərinin uçurum nöqtəsidir. Fərdiyyətçilik tərbiyələnməlidir və mənəvi dəyərlər, mənəvi əxlaq bütün prinsiplərdə sosial normalardan, təhsildən, ilahi dəyərlərdən, dövlət quruculuğundan tutmuş, dövlət dəyərlərinə, vətənpərvərlik hissinə qədər aşılanmalıdır. Bütün bunlar bu prinsiplər əsasında formalaşmalıdır ki, uşaqlarda mütləq qaydada itaət və cəza anlamı dominantlıq təşkil etsin. Valideynin cəza və yaxud cəmiyyətdə, digər insanların yanında “sənə ayıb olsun” deməyi də böyük bir cəzadır . Uşaq düşünməlidir ki, "nə etməliyəm ki, "mənə ayıb olsun" deməsinlər". "Mən fərdi keyfiyyətlərimə üstünlük verməliyəm" deyə özünə təlqin etməlidir. "Yaxşı edirəm, özüm bilərəm", "heç kəsin fikir mənim vecimə də deyil" düşüncəsi olmamalıdır”-deyə psixoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyun 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri