Uşaqlar arasında rəqabəti necə azaltmalı? Psixoloqun tövsiyələri
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uşaqların valideynlərinin diqqətini öz üzərlərinə çəkmək üçün apardıqları rəqabət ailələrin ümumi problemdir. Bu, qısqanclıqda, mübahisələrdə və hətta bütün diqqəti özünə çəkmək istəyində özünü göstərə bilər.
Oxu.Az Kp.ru-ya istinadən xəbər verir ki, psixoloq Ekaterina Komarova valideynlərə bu vəziyyətin öhdəsindən gəlməyə kömək edəcək fənd tövsiyə edib.
Psixoloq vurğulayıb ki, hər uşağa ayrıca vaxt ayırmaq, onlar arasında yaranan bu rəqabəti aradan qaldırmağa qadirdir.
Mütəxəssis bildirib ki, uşaqlara "mən sizi eyni dərəcədə sevirəm" demək effektiv deyil. Onun əvəzində "Mən səni böyük övladım, səni isə kiçik övladım kimi sevirəm" demək daha yaxşı nəticə verir.
"Bundan əlavə, uşaqlar arasında mübahisə zamanı kiminsə tərəfini tutduqda, münaqişə daha da uzanır. Bir uşaq valideynin dəstəyini hiss edəcək, digəri isə - inciklik, ədalətsizlik və qəzəb. Valideynlər uşaqlar arasında günahkar axtarmaqdan çəkinməlidirlər", - deyə Ekaterina Komarova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Avqust 2025 07:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















