Uşaqlar arasında təhlükəli virus yayılıb Xəstəxanalar dolub, bəzi dərmanlar tapılmır
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyaları geniş şəkildə yayılıb. Xəstəliyin əsas simptomları 40 dərəcəyədək yüksələn hərarət, təngənəfəslik, ürəkbulanma, güclü öskürəkdir. Virusa yoluxan uşaqların bir çoxu qısa müddətdə pnevmoniya (ağciyər iltihabı) olur. Bundan başqa, virus uşaqlarda qıcolma və nervoloji pozuntular yaradır.
Turkustan.az xəbərinə görə, yaranmış vəziyyət xəstəxanalarda sıxlığa səbəb olub.
İxtisaslaşmış uşaq xəstəxanalarınının əksəriyyətinin palataları doludur. Yalnız vəziyyəti daha ağır olanları stasionar müalicəyə qəbul edirlər.
Rəsmi qurumlar isə bunun mövsümi respirator virus infeksiyaları və qrip virusunun yayılması ilə bağlı olduğunu bildirirlər.
Bundan başqa, virusun müalicəsi üçün zəruri olan bəzi dərmanlar apteklərdə tapılmır. Xüsusilə parasetamol tərkibli, (supofen sirop) temperatur salıcı və ağrıkəsici preparatları tapmaq olmur.
Aşağıdakı dərmanlar bu xəstəlik dövründə həkimlər tərəfindən ən çox təyin olunan preparatlardır:
“Fluvir‑OS” (oseltamivir)
Bu dərman qrip virusunun (influenza) müalicəsi üçün antiviral vasitədir. Oseltamivir qrip virusunun çoxalmasının qarşısını alır və xəstəlik simptomlarının müddətini qısalda bilər. Adətən qrip simptomları ortaya çıxan ilk 1‑2 gün ərzində verilir.
“Supofen” sirop (parasetamol tərkibli)
Parasetamol uşaqlarda hərarəti salmaq və ağrını yüngülləşdirmək üçün istifadə olunur. Xəstəlik zamanı yüksək temperatur olduqda və uşağın möhkəm narahatlığı olduqda bu cür dərman vacibdir.
“Ventolin” (salbutamol)
Bu dərman nəfəsalma şikayətləri üçün bronxospazmın yüngülləşdirilməsi, tənəffüsün asanlaşdırılması məqsədilə təyin olunur.
Əczaçılar bu preparatların olmaması müxtəlif səbəblərlə əlaqələndirilir. Onların sözlərinə görə, xəstəlik dalğası ilə əlaqədar artan tələbbat dərmanların tez bitməsinə səbəb olur. /yenisabah.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















