Icma.az
close
up
RU
Uşaqlar arasında təhlükəli virus yayılıb? AÇIQLAMA

Uşaqlar arasında təhlükəli virus yayılıb? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər sosial şəbəkələrdə ağcaqanad sancmalarından sonra uşaqlarda yeni xəstəliyin yayıldığına dair paylaşımlar müzakirələrə səbəb olub. İddialara görə, bəzi uşaqlarda yüksək hərarət, səpkilər və digər narahatlıq doğuran əlamətlər müşahidə edilir. Bu məlumatların nə dərəcədə doğru olduğu və valideynlərin hansı hallarda narahatlıq keçirməli olduğu isə suallar yaradır.
Məsələ ilə bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.
O deyib ki, sosial şəbəkələrdə yayılan məlumatların heç bir tibbi və ya rəsmi əsası yoxdur:
“Ağcaqanad dişləmələri və sancmaları hər zaman olub və bundan sonra da olacaq. Sadəcə, allergiyaya meyilli uşaqlarda ağcaqanad sancdıqdan sonra həmin nahiyədə şişkinlik, qızartı və bərklik müşahidə oluna bilər. Bu, allergik uşaqlara xas olan normal reaksiyalardan biridir. Bununla yanaşı, əgər uşaqda qızdırma, baş ağrısı, halsızlıq, səpkilərin artması, qusma və ya ishal kimi əlamətlər yaranarsa, mütləq həkimə müraciət edilməlidir. Belə hallarda əlavə hər hansı xəstəliyin olub-olmaması araşdırılmalı və müvafiq müayinələr aparılmalıdır. Hazırda Azərbaycanda ağcaqanad sancmaları ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaları təsdiqləyən hər hansı rəsmi məlumat və ya epidemioloji vəziyyət mövcud deyil. Buna görə də vətəndaşlar təsdiqlənməmiş məlumatlara deyil, rəsmi mənbələrə və mütəxəssis rəylərinə etibar etməlidirlər”.
Beləliklə, sosial şəbəkələrdə yayılan qorxulu xəbərlərin reallığı əks etdirmədiyi və uşaqlar üçün yeni infeksiya təhlükəsinin olmadığı müəyyənləşib. Mövsümi həşərat sancmaları zamanı sadəcə fərdi allergik reaksiyalara qarşı diqqətli olmaq və profilaktik tədbirlər görmək kifayətdir. Valideynlərin əsassız şayiələrə inanmaması və uşaqların səhhətində fərqli narahatlıq gördükdə birbaşa peşəkar həkimlərə müraciət etməsi tövsiyə olunur.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyun 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri