Icma.az
close
up
RU
Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qusar, 31 yanvar, Elxan Yusifli, AZƏRTAC

Yanvarın 31-də Qış İdman Növləri Federasiyasının dəstəyi və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sayca dördüncü dəfə təşkil olunan turnirin ilk günündə əvvəlcədən qeydiyyatdan keçən 6–8, 9–12 və 13–17 yaş kateqoriyalarını əhatə edən 80-ə yaxın gənc xizək həvəskarı “Nəhəng slalom” növü üzrə mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən, 6–8 yaş kateqoriyasında qızlar arasında Nurlana Abdulova, oğlanlar arasında isə Muron Anatşov birinci yerə layiq görülüb.

9–12 yaş kateqoriyasında qızlar arasında Zarina Vəliyeva birinci, Amina Əhmədova ikinci, Aylin Həsənzadə üçüncü olub. Oğlanlar arasında isə Mehdi Haktari 1-ci, Nadir Alışov ikinci, Səid Nazurov üçüncü yeri tutub.

13–17 yaş kateqoriyasında qızlar arasında Lyudmila Podqornaya birinci, Suel Hacıbəyli ikinci, Məryəm Vəzirova üçüncü yerləri bölüşüblər. Oğlanlar arasında Amin Şıxov qalib olub, Yusif Kiçibekov ikinci, Nurəddin Nazurov üçüncü pillədə qərarlaşıb.

Turnirin yekununda qaliblər “Şahdağ” Turizm Mərkəzi və sponsorlar tərəfindən kubok və medallarla mükafatlandırılıb, iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

Yarışın keçirilməsində əsas məqsəd ölkədə xizək idman növünün təşviqi, uşaqlar arasında bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin beynəlxalq idman yarışlarının təşkili üzrə təcrübəsinin genişləndirilməsidir.

Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 1-də böyüklər arasında keçiriləcək yarışla davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri