Icma.az
close
up
RU
Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yanvarın 26-da “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə  müxtəlif yaş kategoriyalarında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev Kuboku təşkil olunub.

Apasport.az xəbər verir ki, yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünün təbliğini genişləndirmək, insanlar arasında bu idmana olan marağı artırmaq və sağlam həyat tərzini təşviq etməkdir.

Turnirdə öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasında olan 40-a yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.

Uşaqlar arsında keçirilən yarışın nəticələrinə əsasən 9-12 yaş oğlanlar arasında Kamal Bəşirli l yer, Daniel Belousov ll yer, Mətin Mehti isə lll yerə sahib olub.

13-17 yaş qızlar arasında Alisa Qarifova, oğlanlar arasında isə Daniel Omelyanyuk yarışın qalibi seçilib. 

18-22 yaş qadınlar arasında Nuran Musayeva öz kateqoriyasında lider olub.

23-45 yaşda olan qadınlar kateqoriyasında I yerdə Yevgeniya Cavadova, II yerdə Cəmilə Məmmədova, kişilər arasında I yerdə  Edik Murtuzayev, II yerdə  Rəsul Aslanov, III yerdə İqor Kulakov qərarlaşıb.

46-56 yaş kateqoriyasında qadınlar arasında yarışın qalibi İrina Qarifova olub. Kişilər arasında I yerin sahibi Aydar Qarifov, II yerin sahibi isə Ceyhun Vəzirov olub.

Veteran snoubordçular arasında Azad Kəlbiyev yarışı qalibiyyətlə yekunlaşdırıb.

Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Kuboku 1-2 fevral tarixlərində müxtəlif yaş kategoriyalarında olan uşaqlar və böyüklər arasında xizək yarışı üzrə davam etdiriləcək.

"Formula 1" Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb Abdolbari Gozal vəfat edib Atıcılıq Federasiyası “ilin ən yaxşı”larını mükafatlandırıb Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri