Icma.az
close
up
RU
Uşaqlar arasında yayılan bu xəstəlik ürəyi və böyrəyi zədələyə bilər XƏBƏRDARLIQ

Uşaqlar arasında yayılan bu xəstəlik ürəyi və böyrəyi zədələyə bilər XƏBƏRDARLIQ

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əgər uşaqda təkrarlanan hərarət, halsızlıq, boğaz ağrısı, dəridə (üzdə, boyunda, sinədə, qollarda) solğun ya tünd dəri fonunda xırda səpkilər varsa, dili ərplidirsə (deyilsə də), boğazda yuxarıya istiqamətli qızartı varsa, skarlatina ola bilər”.

Ölkə.Az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, təsdiq üçün əsnəkdən götürülən yaxma analizi kifayətdir:

“Ekspres testlə 15-20 dəq ərzində cavab hazır olur. Ola bilər, sizə desinlər ki, uşaq analizə ac gəlsin, su da içməsin, amma bu, mütləq deyil. Mikrob varsa, yemək-içmək onu azalda ya da təmizləyə bilməz. Ancaq siz deyin ki, uşaq su da içməyib. Nümunə yaxşı götürülsə, test pozitiv olacaq. Əsas odur ki, uşaq başını geri çəkməsin.

Əgər uşaq elə bircə dəfə qızdırıb, sonradan isə dərisi pörtmüş kimi səpirsə, digər əlamətləri görməsəniz də, həkimə bu haqda bildirin. Çünki müalicəsiz qalmış skarlatina ürəyi və böyrəyi zədələyə bilər.

Sonradan (7-10 gün sonra) uşağın əllərində soyulma görürsünüzsə, bu, uşağın skarlatina keçirmə ehtimalını yüksəldir”.

Həkimin sözlərinə görə, skarlatinadan sonra uşaqlar bəzi yoxlanışlardan keçməlidir:

“Əlbəttə, gecikmiş formada edəcəyimiz ilk iş ürəyin qapaqlarını yoxlamaq üçün uşağı exo-kq müayinəsinə göndərməkdir. Exo-kq müayinəsi skarlatinadan sonra həmişə lazımdır. Bununla yanaşı, sidiyin ümumi analizini də yoxlaya bilərik.

Çox yaxşı olar ki, vaxtında diaqnoz qoyulsun və elə ilk gündən antibiotik verilsin. Çünki skarlatina törədicisi virus deyil, bir mikrobdur (Streptokokkus pyogenes) və onun fəsadlarını antibiotiklə önləyə bilərik. Ancaq bu, 100% deyil. Yəni fəsad antibiotik təyin olunsa da yarana bilir. Valideynlərdən tələbimiz budur ki, antibiotiki 3 və ya 5 gün yox, təyin olunduğu müddətdə tətbiq etsinlər.

Bu xəstəlikdə xüsusi pəhriz lazım deyil. Yoluxucudur, başqa uşaqlara da keçə bilər. Uşaq 1 həftə evdə qalsa, bəsdir. Skarlatinada immunitet yaranmır, təkrar yoluxma mümkündür, peyvəndi yoxdur”.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Noyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri