Icma.az
close
up
RU
Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ

Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Son günlər Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan öskürək, burun axıntısı və boğaz ağrısı kimi simptomlarla müşahidə olunan kəskin respirator virus infeksiyaları narahatlıq doğurur.

Məlum virusa azyaşlılar daha tez yoluxsa da, böyüklər arasında iş yerlərində virusun sürətlə yayılması müşahidə olunur.

Virus əsasən qış aylarına xas olan mövsümi qrip və kəskin respirator infeksiyaların birləşməsindən ibarətdir və zəif immunitetə malik şəxslərdə daha ağır simptomlar yarada bilər.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirib ki, adətən payız və qış aylarında müxtəlif respirator infeksiyanın yayılmasını müşahidə edilir: "Qrip, adenavirus, pnevmokok və digər virusların yayılmasını görürük.

Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Covid-19 pandemiyası bitsə də epidemioloji ocaqlar hələ davam edir. Omikron ştammının mutasiya variantları aradan getməyib. Bundan başqa, rotaviruslar enteraviruslar da xeyli geniş yayılıb. Bir neçə ay öncə qızılcanın geniş vüsət aldığı epidemiyanı da müşahidə etdik.

Hesab edirəm ki, epidemioloji vəziyyət xeyli qarışıqdır. Nəzərə almaq lazımdır ki, əhali pandemiyadan çıxıb və immun sistemi də xeyli zəifləmiş durumdadır. Ona görə də birmənalı nəsə demək çətindir. Hər halda xəstəliklər yetərincədir və xüsusilə də hava damcı yoluna yoluxan xəstəliklərdən insanlar özlərini qorumalıdırlar".

Tanınmış infeksionist həmçinin əlavə etdi ki, hazırki durumda xəstələnmiş şəxslər mümkün qədər bayıra çıxmamalıdır:

"Xəstə olan yerlərdə - kollektivdə maska ilə gəzməli, məsafə gözləməli, əllərin dezinfeksiyasına diqqət etməliyik. Yəni bunu biz artıq pandemiya dövründən öyrənmişik. Ona görə hesab edirəm ki, bunlara riayət etmək daha məqsədəuyğun olar.

Xəstələnən şəxslər isə yataq rejiminə keçməli, çoxlu maye qəbul etməli və sağalana qədər yataqda qalmaq daha məqsədəuyğundur. Bundan başqa insanların vitaminli qidaları qəbul etməsi, fiziki aktivliyi artırması, təmiz havada gəzməsi çox vacibdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri