Uşaqlar arasında yeni virus YAYILIR Qorunma və müalicə ÜSULLARI
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqında (Aİ) Honkonq qripi (A(H3N2) ştamı) 5-14 yaşlı uşaqlar arasında sürətlə yayılır.
Bu barədə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarətə Alınması Mərkəzi (ECDC) məlumat yayıb.
Mərkəzin məlumatına görə, qrip virusları Aİ-də aktiv şəkildə dövr edir və A tipi üstünlük təşkil edir. Aşkar edilmiş halların üçdəbirindən çoxu bütün Aİ ölkələrində aşkar edilmiş və sürətlə yayılan yeni mutasiyanın payına düşür.
"A(H3N2) qripinin dövriyyəsi hazırda 5-14 yaşlı uşaqlar arasında ən yüksəkdir", - deyə ECDC-dən bildirilib.
Nəzərə alaq ki, (A(H3N2) ştamının simptomları ölkəmizdə də qeydə alınıb. Yüksək hərarətlə müşahidə olunan qrip məktəblilər arasında daha geniş yayılıb.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən pediatr Vaqif Qarayev də infeksiyanın sürətlə yayıldığını vurğulayıb:
“Virus son dərəcə yoluxdurucudur. Ona görə də yoluxanların miqyası genişdir. Virus xüsusən məktəbyaşlı uşaqlarda yüksək hərarət, boğaz ağrısı, öskürək, zəiflik yaradır. Hərarəti bəzən dərmanlarla tənzimləmək mümkün olmur.
Ona görə də bu məsələdə özünümüalicə yolverilməzdir. Çünki indiki infeksiyalarda pnevmaniya hallarına tez-tez rast gəlinir. Xəstə pnevmaniya səbəbində ağırlaşır. Bu səbəbdən, hərarət qeydə alındığı ilk gündən həkimə müraciət olunmalıdır. Bundan sonra həkimin təyin etdiyi adekvat müalicəni qəbul etmək lazımdır. Yəni pnevmaniyanın olmasını istəmirsinizsə, mütləq həkimə müraciət edin.
O ki, qaldı qorunma yollarına...
Həmin virusda qorunma üsulları digər infeksiyalarla mübarizədə olduğu kimidir. Maska taxılmalı, gigenik qaydalara əməl edilməli, insanların sıx olduğu yerlərə gedilməməli, qida rasionunda meyvə-tərəvəz artırılmalıdır. Ən əsası xəstə uşaq məktəbə, bağçaya getməməlidir. Çünki xəstə uşaq həm özü ağırlaşır, həm də sağlam uşaqları yoluxdurur. Belə hallar çox olduğu üçün bu infeksiyanı biz ram edə bilmirik. Unutmayaq ki, xəstə uşaq evdə təcrid olunmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 24 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















