Icma.az
close
up
RU
Zobun müalicə ÜSULLARI

Zobun müalicə ÜSULLARI

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Boğaz urunun müalicəsi həkim-endokrinoloq tərəfindən aparılır. Müalicə taktikası xəstəliyin növü və səbəblərinə əsasən seçilir.

Sağlamolun.az zobun müanicə qaydasını təqdim edir:

Hipotireoz (qalxanvari vəz hormonlarının çatışmazlığı) ilə müşayiət olunan boğaz uru zamanı xəstəyə həmin hormon tərkibli dərman preparatları (adətən L-tiroksin) təyin edilir. Dərmanın dozası müvafiq laborator analizlərin nəticəsinə görə düzgün seçilərsə, xəstənin vəziyyəti əksər hallarda tezliklə yaxşılaşır. Müalicənin davam etmə müddətini həkim təyin edir.

Tireoid hormonlarının artıqlığı (hipertireoz) zamanı qalxanvari vəzin fəaliyyətini azaltmaq üçün müvafiq dərman preparatları təyin edilir. Tireotoksikozun müalicəsi üçün müasir preparatlar çox vaxt hətta xəstəliyin ağır formaları zamanı müvəffəqiyyətlə tətbiq olunur. Xəstəliyin bu növünün müalicəsi üçün padioaktiv yoddan da istifadə olunur – məqsəd isə həmin yodun qalxanvari vəzdə toplanaraq tireositlərin (qalxanvari vəzi hüceyrələrinin) bir hissəsinin məhv edilməsi və bununla da tireoid hormonlarının hasilatının azalaraq normal səviyyəyə yaxınlaşmasıdır.

Qalxanvari vəzin böyük ölçülü olması, boğaz urunun bədxassəli şişə çevrilmə təhlükəsi, ətraf orqanların sıxılması, medikmentoz (dərman preparatları ilə) müalicənin mümkünsüzlüyü və ya lazımi effekt verməməsi və s. hallarda cərrahi əməliyyat tətbiq edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir. Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3 ml-dən artıq olmayaraq) saxlanılır.

Keçmişdə bu cərrahi müdaxilə zamanı boyunun ön səthində kəsik aparılır və əməliyyatdan sonra qadını heç də gözəlləşdirməyən çapıq qalırdı. Müasir dövrümüzdə isə boğaz urunun xaric edilməsi əməliyyatı endoskopik üsulla yerinə yetirilir – kiçik kəsiklərdən cərrahi alətlər və xüsusi kamera daxil edilir, cərrah görüntünü monitorda izləyərək işini başa çatdırır. Endoskopik əməliyyatlardan sonra bərpa müddəti çox qısa, çapıqlar isə çox kiçik və incə olur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri