Icma.az
close
up
RU
Uşaqlar hər gün bu təhlükə ilə dərsə gedir Video

Uşaqlar hər gün bu təhlükə ilə dərsə gedir Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Quba rayonunun Amsar kəndində sakinlərin aktiv gediş-gəlişi olan körpü təhlükəli vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, Baku.ws-in yaydığı görüntülərdən də körpüdə taxtaların sınmış və aralanmış halda olduğu aydın olur. Körpüdən hər gün məktəbə gedən uşaqlar və kənd sakinləri istifadə edir. Lakin onun istismara yararsız olması sakinlərin həyatını ciddi təhlükə altına alır. Xüsusilə yağıntılı və küləkli havalarda keçid daha da çətinləşir və qəza riski artır.

“Qafqazinfo” problemlə bağlı Amsar kənd bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyənin sədr müavini Həsən Seyidov sorğumuza cavab olaraq bildirib ki, körpü son günlər yağan intensiv yağışlardan sonra yararsız hala düşüb. Hazırda onun bərpası ilə bağlı tədbir görülür: “Son yağış və daşqınlardan sonra kəndin içindən keçən körpünün iki dayağını su aparıb. Biz hazırda sakinlər üçün alternativ vəziyyət yaratmışıq, gediş-gəliş bərpa olunub. Körpünün tamamilə bərpası üçün bütün lazım olan materiallar alınıb. Lakin hazırda çayda su olduğuna görə, orada iş görmək mümkün deyil. Gözləyirik ki, çayın suyu bir az yatsın, sonra işlərə başlayaq. Çünki körpünün dayaq hissələrinə beton vurulmalıdır, o isə su ilə birgə alınmır. Biz hava proqnozlarına əsasən, iyun ayının 10-20-si aralığında həmin ərazidə suyun azalacağını və təmir işlərini görüb bitirəcəyimizi planlaşdırırıq”.

H.Seyidov, həmçinin əlavə edib ki, sözügedən körpünün olduğu çay Amsar kəndini iki hissəyə bölür. Kənd əhalisinin təxminən 25 faizi çayın sağ sahilində qalır. Hər gün ümumilikdə 150 nəfərə yaxın əhali çayın bu və ya digər tərəfinə keçmək üçün körpüdən istifadə edir. 

Gülnar Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 May 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri