Uşaqlar internetdə necə hədəfə çevrilirlər? VİDEO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib.
Belə ki, uşaqlar sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur və müxtəlif məlumatlar əldə edirlər.
Lakin bütün bunlarla yanaşı, sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr də yaradır.
Bəs sosial şəbəkələrin təhlükəli tərəflərindən uşaqları necə qorumalıyıq?
Qeyd edək ki, bir çox sosial şəbəkələrdə istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq olunur.
Moderator.az xəbər verir ki, kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadənin Azad Azərbaycan Televiziyasına (ATV) dediyinə görə, uşaqlar sosial şəbəkələrdəki oyunlar və müxtəlif platformalar vasitəsilə tanış olduqları şəxslərlə bəzən şəxsi məlumatlarını paylaşır, hətta onlara şəkillərini göndərirlər.
"Bu məlumatlar sonradan şantaj və təhdid vasitəsi kimi istifadə oluna bilər", - deyə ekspert vurğulayıb.
Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, internet resurslarında aqressiv məzmunlu oyunlar geniş yayılıb və bunlar uşaqların davranışına mənfi təsir göstərir.
"Yeniyetmələr arasında baş verən cinayət hadisələrinin səbəblərini araşdırarkən onların bir qisminin aqressiv və zərərli məzmunun təsiri altında olduğu üzə çıxır", - deyə sosioloq bildirib.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 31 May 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















