Icma.az
close
up
RU
Cəmiyyətdən sərt təpki: Uşaqlar sosial media qurbanına çevrilirlər

Cəmiyyətdən sərt təpki: Uşaqlar sosial media qurbanına çevrilirlər

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər azyaşlı uşaqların iştirak etdiyi və onların yaşına uyğun olmayan məzmunlu videoların müxtəlif platformalarda sürətlə paylaşılması geniş rezonansa səbəb olub.

Oxu.Az-ın məlumatına görə, bu videogörüntülərdə uşaqların sosial media baxış sayı və bəyənmələri naminə bir növ "istismar" olunduğu açıq-aşkar görünür.

Kadrlarda uşaqların rəqs etmək adı ilə heç bir rəqs hərəkətlərinə uyğun olmayan bayağı hərəkətləri, yaşlarına uyğun olmayan dialoqlarda iştirak etmələri və bu məzmunun gülüş və əyləncə adı altında təqdim olunması ciddi suallar doğurur.

Uşaq hüquqları üzrə mütəxəssislər bildirirlər ki, uşaqların bu şəkildə ictimai rəyə təqdim olunması, onların şəxsi sərhədlərinin pozulması və yetkinlik yaşına çatmamış fərdlərin sosial şəbəkə trendləri uğrunda alətə çevrilməsi narahatedici hal kimi qiymətləndirilir.

Məsələyə hüquqi prizmadan yanaşdıqda uşaqların iştirakı ilə yayımlanan bu cür videolar bir sıra qanunvericilik aktlarının pozulması deməkdir.

Hüquqşünas Emil Aslanov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqlar onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilə bilməzlər.

"15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. Bundan əlavə, Konstitusiyaya və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilməz və hansısa əməyə cəlb edilə bilməzlər.

Bu səbəbdən də, əgər 15 yaşına qədər olan uşaqlar hansısa əməyə cəlb ediliblərsə, bu hallarda vəzifəli şəxslər 1000 manatdan 1 500 manata qədər məbləğdə, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manata qədər cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.

Bundan başqa, 15 yaşından 18 yaşınadək olan uşaqlara isə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin yazılı razılığı da alınmalıdır. Yəni bu hallarda uşaq əgər hansısa əməyə cəlb edilirsə, o reklam olunur, hansısa bir, belə deyək, istifadə olunursa, burada artıq əməyə cəlb etmə gedir", - deyə hüquqşünas bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə azyaşlı uşaqların yaşına uyğun olmayan qeyri-etik rəqs görüntülərinin yayılması, uşaqların davranışında və düşüncə tərzində neqativ meyillərin formalaşması, cəmiyyətə düzgün olmayan mesajların verilməsi, eyni zamanda, görüntülərlə bağlı yazılan rəylər uşaqlarda travmaların yaranması ilə nəticələnir, bu isə onların hüquqlarının pozulmasına səbəb olur.

"Azərbaycan Respublikasının Qanunvericiliyində də bu məsələ öz əksini tapıb. Ailə Məcəlləsində valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdığı, qeyd olunub. Əgər valideynlər öz hüquqlarını uşaqların mənafeyinə zidd həyata keçirirlərsə, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirirlərsə, bu zaman İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar. 1992-ci ildən Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır. Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır", - deyə Komitənin məlumatında bildirilir.

Mütəxəssislər bildirirlər sosial mediada populyarlıq qazanmaq naminə uşaqların hüquqlarını və mənəvi sağlamlığını təhlükəyə atmaq yolverilməzdir. Bu həm də onların gələcəkdə psixoloji problemlərlə üz-üzə qalmalarına yol aça bilər.

Ombudsman Aparatından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipini pozur və istismar riskini artırır:

"Sosial şəbəkələrdə uşaqlarla bağlı hər hansı materialın yayılmasından əvvəl bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli, uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir. Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı, onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə də şərait yaradılmalıdır".

Psixoloq Ruhiyyə Rüstəmova isə Oxu.Az-a açıqlamasında bildirib ki, sosial mediada uşaqlar gördükləri davranışları təqlid edir, bu da onların xarakterinin formalaşmasına təsir göstərir.

"Onlar izlədikləri kontentə görə davranışlarını dəyişir, bəzən özlərini dəyərsiz və ya dəyərli hiss edirlər. "Layk"lara və şərhlərə asılılıq, uşaqlarda emosional zəiflik və özünəinam problemləri yarada bilər. Valideynlər uşaqların sosial mediadan təhlükəsiz və düzgün istifadə etməsi üçün onlara nəzarət etməli, düzgün məlumat verməli və səhifə istifadəsini məhdudlaşdırmalıdırlar. Uşaqların şəxsiyyət kimi dəyərləndirilməsi, emosional və sosial inkişaflarının qorunması önəmlidir. Sosial mediada uşaqların qorunması üçün təhlükəsizlik alətləri aktiv istifadə olunmalıdır", - deyə psixoloq bildirib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Avqust 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri